Rusiyada dəhşətli yanğın: ölənlərin əksəriyyəti uşaqlardır - VİDEO

 

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 40-dan çox yaralı var.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başlayıb. Siqnalizasiya işləmədiyinə görə, insanları təxliyə salmaq üçün vaxt qalmadı. Ticarət mərkəzindəki yanğın lokallaşdırılıb.

Ölən və yaralanların əksəriyyəti uşaqlardır. Onların tətil vaxtı ekskursiya üçün Kemerovo şəhərinə ətrafdakı kəndlərdən gəldiyi bildirilir. Uşaqların bir çox hissəsi yanğın başlayanda ticarət mərkəzində olan kinoteatrda multiplikasiya filmini izləyirdi və kinozalın qapısı bağlı olduğundan oradan çıxa bilmədi.

Uşaqlar valideynlər və yaxınlara yanan kinozaldan zəng edirdi, onlarla vidalaşırdı. Uşaqlardan biri itkin düşmüş Vuka Zikunova yazıb: "Biz yanırıq! Mən hamınızı sevirəm, əlvida! Nəfəs ala bilmirəm..."  

Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb.

İnsidentin səbəbləri araşdırılır.

Saglamolun.Az