Qarnında şişkinlik olmayan qadın sağlam uşaq doğdu - FOTO

İngiltərədə qəribə hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Nyu-Kasl şəhərində yaşayan 21 yaşlı Şarlot Tomson (Charlotte Thomson ) 2 il əvvəl başına gələn qəribə hadisəni danışıb. O, bildirib ki, 19 yaşında ana olanda hamiləliyindən xəbərsiz idi. Belə ki, Şarlotun dediyinə görə o, doğum edəndə qarnı düz və mensturasiyası normal idi.

"Mensturasiyam normal qaydada davam edirdi. Qarnım isə heç şişməmişdi. Birdən ağrılarım başladı. Xəstəxanaya gedəndə həkim hamilə olduğumu söylədi. Şoka düşdüm. Bunu ona görə danışıram ki, belə bir halla rastlaşanlar olsa normal qarşılasınlar. İndi qızımın 2 yaşı var. Onu dünyalar qədər sevirəm".

Saglamolun.Az