“Çoçuklar duymasın” serialının aktrisası Pınar Altuğ botoks qurbanı olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dünən ticarət mərkəzində görüntülənib. Televiziya ulduzunun gözlərinin şiş olması diqqətdən qaçmayıb. Aktrisanın gözləri o qədər şişib ki, göz qapaqları bağlanacaq həddə çatıb.
43 yaşlı aktrisa "Həm serial çəkilişi, həm də televiziya proqramında güclü səhnə işıqları altında işləmək məni yordu" , - deyə bildirib.
Aktrisanın keçmiş və son fotlarını təqdim edirik.
Saglamolun.Az