Necə öləcəyini öncədən deyən xalq artisti - Video

Mən bağlı qapı arxasında öləcəm, heç kimin də xəbəri olmayacaq.

Bu sözlərin müəllifi xalq artisti Zərnigar Ağakişiyevadır. Təəssüf ki, onun sonu elə dediyi kimi də oldu. Xalq artisti fevralın 8-i axşam saatlarında evində ölü tapıldı.

Azərbaycanın sevimli aktrisası Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində doğulub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. 2 ildən sonra isə Akademik Milli Dram Teatrına aktrisa kimi qəbul olunub.

Zərnigar xanım hələ kiçik yaşlarından ömrünü səhnəyə bağlayıb.

O, bağçada ikən xalq şairi Səməd Vurğunun şeirini söyləməklə bağlı tapşırıq alır. Aktrisa həmin günü belə xatırlayır:

“Anam danışır ki, 5 yaşım olanda uşaqlarla bərabər kənd klubunda şeir deyirmişəm. Səməd Vurğunun “Dahi rəhbər”ini oxuyurammış. Şeir bitəndən sonra yoldaşlarım gedib, mənsə səhnədə qalmışam, alqışlayanlara qoşulub əl çalmışam, tamaşaçılara baş əymişəm. Səhnə arxasından müəllimimiz nə qədər çağırsa da, çiynimi çəkib, getməmişəm, sonra əlimdən tutub zorla səhnədən aparıblar”.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Saglamolun.Az