Oynaqların quruluşu

Oynaq – sümüklərin unikal təbii hərəkətli birləşmə mexanizmidir. Bu zaman sümüklərin kənarları oynaq kisəsi daxilində vahid bir mexanizm şəklində bir-biri ilə birləşir. Oynaq kisəsinin xarici təbəqəsi kifayət qədər sıx fibroz toxumadan ibarətdir.

Bu, möhkəm qoruyucu kapsula və bağlardan ibarətdir ki, onlar da oynağın öz yerini dəyişməməsi üçün onu möhkəm vəziyyətdə saxlayırlar. Oynaq kisəsinin daxili qatı sinovial maye ifraz edir ki, o da oynaq səthlərinin qorunması üçün sanki sürtkü materialı vəzifəsini daşıyır. Normal halda bu sinovial maye çox az miqdarda olur. O, bütün oynaq boşluğunu tutaraq aşağıdakı vəzifələri daşıyır:

1. Təbii sürtkü materialı olub, oynağa sərbəst hərəkət etmək və asanlıqla fəaliyyət göstərmək imkanı verir;

2. Oynaq daxilində sürtünməni azldaraq, sümük səthlərindəki qığırdaq toxumasını yeyilmək və dağılmaqdan qoruyur;

3. Zərbəni dayandırmaq və amortizasiya vəzifəsini daşıyır;

4. Filtr (süzgəc) vəzifəsini daşıyır, qığırdaq toxumasının qidalanmasını təmin və kömək edir və bu zaman onu və sinovial kisəni iltihabi faktorlardan qoruyur.

Sümüklərin oynaq səthləri elastik, nazik qat olan hamar maddə - qığırdaqla örtülmüşdür. Qığırdaq əsasən amortizator rolunu oynayaraq, sümüklərin bir-birinə toxunan səthlərinə təzyiqi azaldır və bir-birinin üzərində sərbəst sürüşmələrini təmin edir.

Qığırdağın xüsusi struktura malik olması onu süngərə bənzədir – sakit vəziyyətdə o,  mayeni özünə hopdurur, gərginlik zamanı isə sıxılaraq onu oynaq kisəsinə qaytarır və sanki oynağın əlavə “sürtküsü” funksiyasını icra edir.


Saglamolun.Az

..........

Загрузка...
.

Şərhlər  

#1 nuray 29.11.2012 12:23
salam oynaqda iltihabi prosesin yaranmasina sebeb ne ola biler? Onkoloji xestelikle elaqeder ola biler? Twk edirem
#2 Administrator 01.12.2012 14:27
Hörmətli Nuray xanım!
Belə iltihabi prosesin səbəbləri müxtəlif ola bilər - immun sisteminin pozulamaları (autoimmun pozulmalar), revmatizm, müxtəlif travmalar və oynaqların həddindən artıq yüklənməsi, psoriaz xəstəliyi, allergik xəstəliklər və s.
Bəli, xərçəng xəstəliyi sümükləri və oynaqların qığırdaqlarını zədələyə bilər.
#3 nuray 03.12.2012 17:31
cox sag olun cavablandirdigi niz ucun. Dizde olan iltihabi proses sud vezi xercengi ile elaqeder ola biler? 2 ci derece ne demekdi xerceng xesteliyinde. Evvelceden twk.edirem.
#4 Administrator 04.12.2012 12:37
Hörmətli Nuray xanım!
1. Bu suala yalnız onkoloq lazım olan müayinələrdən sonra cavab verə bilər.
2. Süd vəzisinin xərçənginin 2-ci dərəcəsi zamanı şiş 2-5 sm ola bilər və/ və ya limfatik düyünlər zədələnib. Şiş digər orqanlara yayılmayıb.
#5 nuray 04.12.2012 13:11
cox sag olun cavablandirdiqi niz ucun. anamdan emeliyyat olunan zaman sisden analiz goturduler.10 gunden sonra cavab cixdi.dediler ki 2 ci derecedi. Yeni bu o demekdiki sis hec bir orqana yayilmayib? Men buna gore cox narahatam. Twk edirem
#6 Administrator 04.12.2012 17:04
Hörmətli Nuray xanım!
Onkoloqlar xərçəng xəstəliyini 4 dərəcəyə bölürlər. Əgər ananıza süd vəzisinin 2-ci dərəcəli xərçəng xəstəliyi diaqnozu qoyulubsa, bu o deməkdir ki, xərçəng digər orqanlara yayılmayıb.
#7 nuray 05.12.2012 05:46
cox sag olun twk edirem.


Загрузка...

Яндекс.Метрика