Hospitalda faciə: MRT aparatında öldü

32 yaşlı Raceş Maru Hindistanın Mumbay şəhərindəki "Nair" hospitalında keçinib.

Milli.Az NDTV-yə istinadən bildirir ki, o, dayısı oğlu Hariş Solankiyə anası, 65 yaşlı Lakşmi Solankiyə yardım edərkən dünyasını dəyişib.

Lakşmi Solanki maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçməliydi. Hazırlıq zamanı Raceş Maru təsadüfən maye oksigen udub.

Polis olayla bağlı 24 yaşlı həkim Sarubh Langrekara, habelə hospitalın əməkdaşları - 35 yaşlı Vittal Çavan və 32 yaşlı Sunita Surveyə qarşı cinayət işi qaldırıb.

Polisdən verilən məlumata görə, Raceş Maru ilə Hariş 65 yaşlı Laşkmi Solankini xərəkdə MRT prosedurunun keçiriləcəyi kabinetə aparıblar və otaqdan çölə çızıblar. Bundan sonra prosedur kabinetinin əməkdaşı Raceşə əynindəki bütün metal əşyaları çıxararaq yenidən kabinetə girməsini istəyib. Raceş MRT aparatına yerləşdirilmiş qadın üçün metaldan düzəlmiş oksigen balonunu tutmalıydı.

Raceş tomoqrafın işə salındığı halda bunun nə qədər təhlükəsiz olduğunu soruşub.

Əməkdaş da "Narahat olmayın, həkimlər də həmişə belə edir" söyləyib.

Lakin Raceş kabinetə girəndə güclü maqnit sahəsi yaratmış MRT aparatı onu oksigen balonu ilə birlikdə özünə çəkib. Balon partlayıb və maye maramaqnetik Raceşin üzünə səpələnib.

Vittal Çaban və Hariş Solanki qonşu otaqdan qaçıb gəliblər, Raceşi xilas etməyə çalışıblar. Lakin Raceş artıq keçinmişdi.

Raceş Marunun ölüm səbəbi kimi dərialtı emfizemadan döş qəfəsinin ikitərəfli pnevmoniyası göstərilib.

Saglamolun.Az