Əməkdar artist mədə kiçiltmə əməliyyatından sonra günü-gündən arıqlayır - FOTO

Milli.Az xəbər verir ki, əməkdar artist Nahidə Orucova mədə kiçiltmə əməliyyatından sonra inanılmaz görünüş alıb.

Aktrisa günü-gündən sözün əsl mənasında "əriyir". Aktrisanın fotolarını görənlər hətta onun fotoşopdan istifadə etdiyini də söyləyirlər. Əməkdar artist Nahidə Orucova bu şayiələrə birdəfəlik son qoyub:

"Xeyr, fotolarımı fotoşopda düzəltməmişəm, buna ehtiyac da görmürəm. Sadəcə az yeyirəm, bu mənə bəs edir. Quru yeməklərdən qaçıram, yalnız duru yeməklər yeyirəm. İstəsəm də çox yeyə bilmərəm, çünki tez doyuram", - deyə aktrisa bildirib.

Saglamolun.Az