Загрузка...

Mövsümi saç tökülməsinin təbii həlli yolları

Gündə 50-100 ədəd saç tökülməsi normal qarşılanır. Lakin mövsüm keçidlərində bu rəqəm 100, hətta 200-i də keçə bilər.

Mövsümi saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii üsulları var.

Publika.Az bu yazıda oxucuları saç tökülməsinin təbii həlli yolları ilə tanış edir.

Trixoloqlar bildirir ki, saç tökülməsinin səbəbləri müxtəlif ola bilər. Odur ki, ilk növbədə səbəbini araşdırmalısınız. Bu, stress, müxtəlif xəstəliklər, saç yaş halda yatmaq, tez-tez saç rəngləmək, yaxud başqa amillərlə əlaqəli ola bilər.

Əvvəlcə sağlam qidalanmaya diqqət etmək lazımdır. Daha sonra prosiyanidin tərkibli bitkilərdən istifadə etməlisiniz. Prosiyanidin antioksidant xüsusiyyətlərə malik olan və saç köklərinə birbaşa təsir edən faydalı maddədir.

Saç diblərini möhkəmləndirən bitkilər:

- Alma

- Arpa

- Üzüm çəyirdəyi

- Kakao

- Qaragilə

- Yaşıl çay

- İtburnu

Qida rasionunuzda bu məhsullara yer verin. Xüsusilə meyvə-tərəvəzlər həm bədəni, həm də saçları gücləndirir.

Qaraçörəkotu yağı

Hər dərdin dərmanı olan qaraçörəkotu yağındakı A, B1, B2, B6, E, C vitaminləri baş dərisini dərindən qidalandırır. Qaraçörəkotu yağını saç dibinə masaj edərək sürtün.

Nanə yağı

Nanənin sərinləşdirici təsiri saç diblərini, baş dərisini sakitləşdirir və saçları daha da gurlaşdırır.

Rozmarin

Rozmarin də saç köklərini canlandırır və gurlaşdırır. 3-4 damcı rozmarin yağını bir xörək qaşığı zeytun yağı və ya badam yağı ilə qarışdırıb saçlara masaj edərək çəkin.

Aloe vera

Aloe vera yarpaqlarını iki hissəyə bölüb geli saç dərisinə çəkin. Bu, saç tökülməsi problemini aradan qaldıran ən effektli vasitələrdən biridir. Aloe bitkisi saçın pH dəyərini tarazlaşdıraraq baş dərisinin nəmini normaya salır.

Saç və dəriyə zərər verən kimyəvi maddələrdən uzaq durun. Tərkibi zülal və B qrupu vitaminləri olan məhsullar yeyin.

Stressdən və spirtdən uzaq durun, siqareti tərgitməyə çalışın. A vitamininin həddən artıq qəbulu da saç tökülməsinə təkan verir. Odur ki, diqqətli olun.

Saçınızı hər gün yumayın. Bu, saçı və baş dərisini daha da zəiflədir.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика