Загрузка...

Diqqət! Qızılca

Son vaxtlar biz tez-tez qızılca infeksiyaya yoluxması halları haqqında eşidirik.

Qızılca virus xəstəliyidir. Bu infeksiya hava-damcı yolu ilə yayılır. Virus xəstə  asqırdıqda, öskürdükdə, danışdıqda (ağız suyunun mikroskopik damcılarla) ətraf mühitə yayılır.

İnfeksiyanın mənbəyi yalnız xəstə insan sayılır, yəni infeksiya 3-cü şəxslərdən, ümumi məişət əşyalardan, oyuncaqlardan və s. yollarla xəstə insandan sağlam insana keçmir. Xəstəliyin inkubasiya dövrü (xəstəliyə yoluxmadan xəstəliyin ilkin əlamətləri meydana çıxan müddət) təxminən 7-14 gün təşkil edir.

Xəstə hərarət qalxdığı gündən səpmənin 4-cü-5-ci gününə kimi ətrafdakıları bu infeksiyaya yoluxdura bilər. Səpmənin 5-ci günündən xəstə yoluxucu sayılmır.

Xəstəliyi keçirdən insanın orqanizmində bu xəstəliyə qarşı ömürlük və davamlı immunitet yaranın. Lakin bəzi istisna hallarda (immunitetin kəskin düşməsi və s.) insan bu xəstəliyə təkar yoluxa bilər.

Milli peyvənd təqviminə görə, bizim ölkədə bütün uşaqlar bu xəstəliyə qarşı peyvənd olunmalıdır. Peyvənd olunmuş uşaq da qızılcaya yoluxa bilər. Lakin peyvənd olunmuş uşaqlarla müqayisədə peyvənd olunmamış uşaqlarda bu infeksiya daha tez-tez hallarda müxtəlif və bəzən çox ağır fəsadlara səbəb olur. Bu fəsadların arasında - otit (orta qulağın iltihabı), korluq, pnevmoniya, laringit, stomatit, boyunun limfatik düyünlərinin iltihabı, ensefalit (beyinin iltihabı) və s.

Təəssüf ki, qızılcanın fəsadlarına az rast gəlinmir. Bu səbəbdən xəstəliyin müalicəsi həkimin nəzarəti altında aparılmalıdır.

Xəstəlik bədən hərarətinin 38—39°С yüksəlməsindən, ümumi halsızlıqdan, iştahanın kəskin azalmasından, başağrısından başlayır, xəstədə zökəm, quru kobud öskürək, konyunktivit (gözün selikli qişasının iltihabı) inkişaf edir. Xəstəliyin 2-3-cü günü yanaqların selikli qişalarında səpgilər əmələ gəlir. Xarici görünüşünə görə bu səpgilər manna yarmasına bənzəyir. Xəstəliyin 4-cü-5-ci günü çəhrayi rəngdə xırda sıx-sıx səpgilər əmələ gəlir. Əvvəl səpgilər xəstənin qulaqların arxasında və alnında, daha sonra isə üzündə, boynunda, bədənində və ətraflarında əmələ gəlir. Səpgilər ləkələr  formasında ola bilər, ləkələrin arasında sağlam dəri sahələri görünür.

Səpmənin maksimal dövründə hərarət yenidən yüksək rəqəmlərə (39-40°C) qalxa bilər. Səpgilər 4-7 gün ərzində qalır və daha sonra yox olmağa başlayır. Səpgilərin yerində qəhvəyi rəngdə qabıq verən piqmentasiya ocaqları qalır. Təxminən 2 həftədən sonra dəri tam təmizlənir. Onu da nəzərinizə çatdıraq ki, xəstəliyi keçirdən insanın immuniteti yalnız 1 aydan sonra bərpa olunur. Bu səbəbdən qızılcanı keçirmiş insan bu müddət ərzində özünü qorumalıdır.

Qızılcaya şübhə yarandıqda dərhal həkimə müraciət etmək lazımdır. Müayinədən sonra həkim dəqiq diaqnoz qoya bilər.

Qızılcaya yoluxan xəstələr adətən ev şəraitində müalicə alır. Xəstəlik ağır keçdikdə xəstə stasionar şəraitində müalicə olunmalıdır.

Xəstəliyin xüsusi müalicəsi yoxdur, müalicə simptomatik xarakter daşıyır: hərarət salan dərmanlar, bəlğəmgətirici dərmanlar, göz və zökəm əleyhinə damcılar (həkim təyin edir). Xəstə çoxlu miqdarda maye (şirə, kompot, su) içməli (intoksikasiya ilə mübarizə), vitaminlər qəbul etməlidir. Yüksək hərarət olduqda xəstəyə yataq rejimi təyin olunur. Ağırlaşmalar meydana çıxdıqda xəstəyə antibakterial terapiya (antibiotiklər) təyin olunur.

Xəstə insan sağlam insanlardan izolyasiya olunmalıdır - uşaq məktəbə, uşaq baxçasına getməməli, böyük - işə çıxmamalıdır. Kiçik yaşlı uşaqlar, hamilə qadınlar qızılca xəstəliyinə yoluxan insanla heç bir halda kontakt etməməlidir. Yaxşı olardı ki, xəstəyə qızılcanı keçirdən insan baxsın. Xəstə olan otaq gündə bir neçə dəfə silinməli, otağın havası tez-tez dəyişilməlidir. Bu sadə tətbirlər virusun yayılmasına maneçilik törədir.

Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərin fikirinə görə, bu xəstəliyin profilaktikası yalnız ümumi vaksinasiyadan (peyvənd) ibarətdir. Həkimlərin fikirinə görə, qızılca halların çoxalmasının səbəbi isə son zamanlar valideynlərin vaksinasiyadan yayınmasıdır. Bu çox ciddi problemdir.

Müxtəlif və tibbdən uzaq olan mənbələrdən ("qonşu dedi", "tanışdan eşitdim") valideynlər peyvəndlərin uşaqlarına "ziyan" olmduğundan yanlış məlumat alır və peyvəndlərdən hər vəchlə yayınırlar. Nəticədə peyvənd olunan uşaqların sayı azalır, peyvənd olunmayan uşaqların sayı isə çoxalır. Bu isə cəmiyyətdə təhlükəli epidemioloji vəziyyət yaradır.

Əgər yaşadığınız ərazidə qızılca halları çoxalıbsa, teatra, kinoya və s. insanların (xüsusən uşaqların) çox olan yerlərə getməyin, kütləvi nəqliyyatdan mümkün qədər az istifadə edin. Açıq havada virus tez bir zamanda məhv olur, lakin qapalı yerlərdə hətta bir neçə saat ərzində öz aktivliyini saxlayır.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 nurlanH 22.06.2013 16:07
emn 16-sından qızılcayam sepgılerım azalıb ne vaxt cıme bılerem?
#2 Administrator 24.06.2013 10:20
Hörmətli Nurlan bəy!
Bu gün çimə bilərsiniz.
#3 ayla 24.02.2014 21:13
Salam, Allah sizə kömək olsun. Gızımın 8 yaşı var. Gizilcadır. Deyirler hətta yatanda belə başını bağlamalıyam, gızılcanı coxmu bükmək. örtmək lazımdır? Gızdırmasi cox oldugda parasitomon və ya nurofen verə bilərəmmi?
#4 Administrator 25.02.2014 15:56
1. Bükmək lazım deyil (xüsusilə də uşaqda hərartət yüksək olduqda).
2. İkisindən birini istifadə edə bilərsiniz.
3. Qızılca və onun müalicəsi haqqında yuxarıdakı məqalədə lazım olan məlumatlar var.
Allah şəfa versin!
#5 aylass 24.05.2014 20:51
salam. qizim 10 ayligdir. 5 gun bunan once ayagdan bashlayaraq (dabanlardan) sepib ve qarin nahiyelerine dogru sepgiler yayilib 3 cu gunde uzunde sepgiler emele geldi. bu muddet erzinde cemi 1 gun(ilk gun) qizirmasi oldu. hal hazirda sepgiler chekilir. ola bilerki qizim qizilca olsun ?
#6 Administrator 25.05.2014 14:28
Saytımızda uşaqların sağlamlığı və inkişafı ilə bağlı olan sualları pediatr Günay Rəsulova cavablandırır. Sualınızı saytımızın "Həkimə sual" bölməsində yerləşdirin.

Загрузка...
loading...

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика