"Ulduz" metrostansiyasında intihar edən gəncin yayılan videosu saxta çıxıb.
Bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O bildirib ki, yayılan video həqiqəti əks etdirmir:
"Gözəl yurdumun gözəl insanları, saytların guya 8 yanvar tarixində "Ulduz" stansiyasında intihar hadisəsinin yayımladıqları videosu saxtadır. O günkü marşrutun nömrəsi 15 idi və həmin xətt üzrə kondisionerli dediyimiz yeni qatar hərəkət edirdi. Videodakı isə köhnə qatarlardandır".
Videonu izləmək üçün şəklə klikləyin:
Onu da xatırladaq ki, 8 yanvar tarixində axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu "Ulduz" stansiyasına daxil olarkən özünü qatarın altına atıb.
-------------------
10.01.2018
18:32
Yanvarın 8-də Bakı metrosunda baş verən intihar hadisəsinin görüntüləri yayılıb.
Milli.Az goldnews.az-a istinadən xəbər verir ki, "Ulduz" metro stansiyasında saat 22:10 radələrində qeydə alınan intihar hadisəsi metronun təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən qatarın altına atan şəxsin 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu olduğu məlum olub. Hadisə nəticəsində həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb. Ölən şəxsin meyiti relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub.
Videonu izləmək üçün şəklə klikləyin:
?>
Saglamolun.Az