Sizə soğan və sarımsaqla inhalyasiya üsulunu təqdim edirik. Bu çox sadə və eyni zamanda effektli vasitədir.
Saglamolun.az bildirir ki, soyuqdəymənin ilk simptomlarında 2-3 diş sarımsağı və 1 baş soğanı çox xırda doğrayın, dərin boşqaba qoyun və 5-10 dəqiqə ərzində bu boşqabın üzərində nəfəs alın. Bunu gündə bir neçə dəfə edin.
Soğan və sarımsaq güclü virus əleyhinə təsirə malikdir və selikli qişalara düşən virusları öldürür.
Saglamolun.Az