Boğazında qoz qalan 7 aylıq qız öldü - Sabirabadda

Sabirabadda 7 aylıq körpə boğazında boğularaq ölüb.

APA.az xəbər verir ki, Sabirabadın Əsədli kənd sakini, 7 aylıq Mənsimli Münəvvər Allahverdi qızı boğazın qırtlaq hissəsində yad cismin qalması şikayəti ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin körpənin asfiksiya (boğulma) nəticəsində xəstəxanaya gətirilərkən yolda öldüyü müəyyənləşib. Onun boğazında qoz qaldığı bildirilir.

Saglamolun.Az