Fədayə Laçın DANIŞDI: Mən aldadılmışam

Bakı Apellyasiya məhkəməsində şikayətə münasibət bildirən Fədayə Laçın cəzasını çəkməyə hazır olduğunu deyib.

Trend.az xəbər verir ki, F.Laçın prosesdə bildirib ki, Bakı İstintaq Təcridxanasında cəza çəkməyi səhhətinə ciddi təsir edir:

"Səhhətimdə problem var. Mənim cinayətim sübuta yetirilərsə, cəza çəkməyə hazıram. Təcridxana əməkdaşlarından şikayətim yoxdur. Sadəcə şərait məni sıxır. Mən aldadılmışam".

Saglamolun.Az