İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində azı 51 nəfər xəsarət alıb.
Trend.az-ın məlumatına görə, hazırda axtarış-xilasetmə işlər davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.
Təkanlar Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.
----------
08:34
İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdyi məlumata görə, bu haqda Avropa aralıq dənizi seysmoloji mərkəzi xəbər verir.
Təkanlar UTC vaxtı ilə 02.32-də Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.
Saglamolun.Az