Boynunuz ağrıyırsa ovxalamayın! Bilmədiyiniz təhlükə

Boyunda qəfildən əmələ gələn kəskin ağrı insultun yaxınlaşmasına işarə edə bilər.

Bu zaman boyunu massaj etmək və ovxalamaq çox təhlükəlidir ki, bu patoloji prosesin daha tez inkişafına və insanın ölümünə səbəb ola bilər.

Amerikalı həkim-nevroloqlar KİV-in köməyi ilə ictimaiyyətə xəbərdarlıq ediblər ki, boyun nahiyəsində qəfil və kəskin ağrı zamanı mütləq həkimə müraciət etmək lazımdır.   

Ekspertlərdən biri nevroloq Kazuma Nakaqava qeyd edib ki, bu risk 20-30 yaşlı sağlam insanlarda çox yüksəkdir.

Mütəxəssislər qeyd edir ki, boyun nahiyəsindən beyinin əsas arteriyası keçir və bu yerin güclə massaj edilməsi, ovxalanması arteriyanın təbəqələnməsinə səbəb ola bilər ki, bu insult törədə bilər.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, həkimlər boyun nahiyəsini massaj edəndən sonra insult keçirmiş 28-yaşlı bir kişi haqqında məlumat veriblər. Boyunda ağrı və diskomfort hiss edən bu kişi ağrını azaltmaq üçün boynunu ovxalamağa və dartmağa başladı. Ağrı azalmırdı və o bir neçə gün ərzində bu hərəkətləri davam edirdi. Nəticədə kişi insult keçirib və iflic olub.

Beləliklə nevroloqlar qeyd edir ki, hər bir insan bilməlidir ki, boyun nahiyəsində qəfil ağrının əmələ gəlməsi insultun yaxınlaşmasına işarə edə bilər.  

Saglamolun.Az





loading...

QADINLARIN ORTAQ DƏRDİ - MASTOPATİYA...

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 10 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика