İranda zəlzələ qurbanlarının sayı 141-a çatdı, 1000-dən çox yaralı var

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub.

Yeraltı təkanlar Azərbaycan Respublikasının cənub bölgəsində - Lənkəran və Astara şəhərlərində də hiss edilib.

Zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb. 1000-dən çox insanın yaralandığı bildirilir.

Publika.az xəbər verir ki, yerli sakinlər daha dağıdıcı təkanlardan ehtiyatlanaraq küçələrdə gecələməli olublar. Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərər çəkənlər üçün çadır düşərgələrinin quraşdırılmasına başlayıb.

Saglamolun.Az