Bu məcun bütün növ qəbizliyə çarədir

Qəbizlik az hərəkət edənlərdə, az su içənlərdə, bağırsaq uzanmalarında, daima quru yeməklərlə qidalananlarda daha çox olur.

Zaman-zaman qəbizlik haqqında məsləhətlərimiz olub, aşağıda yazdığım rasept demək olar bütün qəbizliklərdə faydalıdır, bu reseptlə bərabər gündə ən azı 1 litr çiy su içilməli və gündə 1 saat piyada yeyin-yeyin gəzmək həm bu müalicənin effektini artırar, həm də bunlar nəinki qəbizlikdən əziyyət çəkənlərə ümumiyyətlə bütün insanlar üçün faydalıdırlar.

Bizə lazım olanlar:

- Əncir qurusu - 500 qram

- Gavalı qurusu - 500 qram

- Qoz ləpəsi - 300 qram

- Bal - 1 stəkan

- Rafinə olunmamış zeytun yağı - yarım stəkan

Deməli əvvəlcə əncir, gavalı və qoz quruları ət maşınından keçirilir, sonra bal və zeytun yağı əlavə olunub yaxşı-yaxşı qarışdırılır vəssalam. Məcunumuz hazırdır. Məcundan istifadə etmək üçün elə bir dəqiq qayda yoxdur. Məcundan gündə 3 xörək qaşığından 1 xörək qaşığına qədər istifadə edə bilərsiniz.

Əgər uzun müddət qəbizlikdən əziyyət çəkirsinizsə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, əgər arada qəbizlikdən əziyyət çəkirsinizsə gündə 1-2 xörək qaşığı yeməkdən 1 saat əvvəl yeyə bilərsiniz.

Xatırladım ki, məcun həm də faydalı qida olmaqla bərabər nəinki qəbizlikdə, həm də arıqlamaq istəyənlər üçün faydalı bir qidadır. Məcunu yeməkdən əvvəl yediyiniz zaman iştah hissi azalır, bağırsaqların şlaklardan azad olması isə piylərin daha sürətlə əriməsinə səbəb olur.

Məcunun tərkibində zəngin kalium olduğundan ürək zəifliyində və bağırsaqların tənbəliyiyndə də yeyilməsi faydalıdır.

Məcun astma, bronxit xəstələri üçün də faydalı bir qidadır. Astma bronxit xəstələri bu məcunu hazırlamaq istəyirlərsə məcunun tərkibindən qozu çıxarmalı, rafinə olunmamış zeytun yağını isə 1 stəkan həddinə qədər qaldırmalıdırlar. (Fizulihuseynov.com)

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...

 


Яндекс.Метрика