Bakıda ARI SANCMASINDAN ölüm hadisəsi baş verib

Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.

Report.az bildirir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Ölümün dəqiq səbəbləri araşdırılır.

Saglamolun.Az