Məlum olduğu kimi ovcun içindəki xətlərə baxıb insanın gələcəyini oxumaq olar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın ST Universitesi ovcun içinin oxunması ilə bağlı yeni araşdırma aparıb.
Araşdırmada bəzi insanların əllərinə baxılaraq həmin insanın həyatı və gələcəyi haqqında məlumatlar əldə ediblər.
''X Palm Mystery and Spirit Science Formula'' adı altında aparılan araşdırmada insanların ovcundakı X işarəsinin də sirri çözülüb. Tədqiqatın nəticələri göstərib ki, hər iki əlində “X” işarəsi olan insanlar büyük mübarizələrdən həmişə qalib kimi çıxır, həmçinin çox istedadlı olur. Məlum olub ki, ''X'' işarəsi olan şəxslər daha diqqət çəkən ömür sürür.
Belə insanlar həyatı boyu böyük uğurlara imza atır, sayılıb-seçilən insanlar olduğu da irəli sürülüb.
Araşdırma qrupu onu da iddia edib ki, insan taleyini ovcun içindən öyrənmək batil inan deyil, bu, böyük inancdır. Bu elm Makedoniyalı İsgəndərin həyatda olduğu zamandan bəri bu günümüzə qədər gəlib çıxıb.
Yeri gəlmişkən bu tarixi şəxsiyyətin də hər iki əlində X işarəsi olub.
Saglamolun.Az