Mədə bulanması, qusma və öskürək zamanı - ƏLA QİDA

İydə ən çox xoşlanan quru meyvələrdən biridir. Eyni zamanda ən şəfalı qidalar sırasında adı tez-tez çəkilir. İydənin faydaları hansılardır? Nəyə görə şəfalı sayılır?   

Sağlamolun.az iydənin bəzi faydalarını təqdim edir:

Birinci növbədə iydənin bağırsaq sisteminə olan təsiri qeyd olunur. İydə bağırsaq sistemini gücləndirir. Mədə-bağırsaq xərçəngi yaranmasının qarşısını alan qidalar sırasında iydə də var. Həzm problemləri zamanı çox faydalıdır. İydə ən çox ishal müalicəsində istifadə olunur. 

İydə sabit çəkidə qalmağa yardım edir. Qanda insulin səviyyəsinin normallaşdırılmasına yardımçı olaraq yağ metabolizmini normallaşdırır.

İydə meyvələrini balla qarışdırıb, sidik saxlaya bilməmək problemi zamanı istifadə etmək olar.

İydə mədə bulanması, qusma, eləcə də öskürək zamanı da müsbət təsir göstərir.

Dəri və göz üçün çox faydalı sayılır. Omega 7 yağı ilə zəngin olan iydə dərini nəmləndirir. Yanıq və sağalmayan yaraların, ekzemanın müalicəsində də iydədən istifadə edilir. Bundan başqa, vaginal quruluq, göz quruluğu kimi hallarda iydə yemək məsləhət görülür. Məhz Omega 7 yağı ilə zənginliyi sayəsində iydə saç və dırnaqdakı problemlərə də müsbət təsir göstərir. İydənin cinsi fəallığı artırması barədə məlumatlar da var.

Saglamolun.Az