Qəbizliyin qarşısını alan TƏBİİ VASİTƏLƏR

Qəbizlik bağırsaq hərəkətlərinin azalması ilə meydana gələn və boşalma sisteminin düzgün işləməməsi nəticəsində yaranan bir problemdir.

Adətən təbii vasitələrlə keçən yüngül qəbizlik vəziyyətləri bəzən çox daha ağır formalara da gedib çıxa bilər.

Ailem.az sizə qəbizliyə müsbət təsir edən təbii üsulları təqdim edir.

Hind yağı

Bağırsaq əzələlərini yumşaldır və bağırsaq hərəkətlərini nizamlayır.

Kivi

Tərkibində bol lif olan kivi qəbizliyin qarşısını almağa yardımçı olur.

Tərəvəzlər

Qəbizlik vəziyyətində lifli qidalar yeməklə orqanizminizdə olan toksinləri ata bilərsiniz.

Zeytun yağı içmək

Zeytun yağının tərkibində olan köməkçi toksinlərlə qəbzlik probleminizi aradan qaldıra bilərsiniz. Gündə 2 dəfə içməyiniz kifayət edəcək.

Ərik qurusu

Səhərlər ac qarına bir stəkan suyu və 2-3 ədəd ərik qurusunu birlikdə yesəniz, həzm sisteminizi hərəkətə gətirə bilərsiniz

Razyana çayı

Bağırsaq hərəkətlərinizi tənzimləyən razyana, həzmi asan olduğundan qəbizlik probleminə qarşı təsirli bir vasitədir.

Bal və isti su

Balın faydaları saymaqla bitmir. Həzm sisteminə və qəbizliyə faydalı olan bal isti su ilə qarışdırılıb içildiyində qəbizliyi aradan qaldırmaq üçün təsirli bir vasitə halına gəlir.

Saglamolun.Az