Böyük Britaniya piylənmə ilə əlaqəli xəstəlikləri azaltmaq üçün arıqlama iynəsini təsdiq etməyə hazırlaşır.
Xəstəxanalardakı piylənmə ilə bağlı yükü azaltmaq üçün pilot proqram çərçivəsində “Wegovy” adlı iynəni təsdiqləməyə hazırlaşan İngiltərədə bir xəstənin bu iynədən maksimum iki il istifadə etməsinə icazə veriləcək.
Milli Sağlamlıq Xidmətinin (NHS) apardığı araşdırmanın sonunda bu iynə ilə bədən çəkisinin 10 faizinin itirildiyi müəyyən edilib.
İynə iştahı azaldır və insanlara toxluq hissi verir və daha az yeməyə kömək edir.
İngiltərə Baş naziri Rishi Sunak bu iynənin böyük bir dəyişiklik yaradacağını açıqlayıb. O, arıqlama xidmətlərinə 3 milyondan çox büdcə ayrılacağını da qeyd edib.
Bununla belə, mütəxəssislər ABŞ-da bir çox məşhurların reklam etdiyi bu cür inyeksiya və dərmanlar barədə xəbərdarlıq edirlər. Onlar arıqlamaq üçün sağlam qidalanma və idmanın həll yolu olduğunu bildirirlər.
Böyük Britaniya dərmanı hələ təmin etməyib, lakin on minlərlə insanın bu iynədən istifadə edəcəyi proqnozlaşdırılır.
İngiltərə Səhiyyə naziri Stiv Barklay piylənmənin xərçəng və diabet kimi xəstəliklərə yol açdığını deyərək, bu iynənin sağlamlıq üçün faydalı olacağına diqqət çəkib.
Məlumata görə, Böyük Britaniyada təxminən 12 milyon yetkin insan obezdir. Bu o deməkdir ki, hər dörd böyükdən biri piylənmədən əziyyət çəkir.
Mütəxəssislərin sözlərinə görə, sözügedən dərmanın ən çox rast gəlinən yan təsirləri başgicəllənmə, şişkinlik, qaz və mədə narahatlığıdır.
medicalmedia.az
Saglamolun.Az