Türkiyənin Kahramanmaraş bölgəsində bütün ölkəni dərindən sarsıdan və əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələlərdən sonra həm fəlakətə məruz qalanlarda, dolayısı ilə təsirlənənlərdə yuxusuzluq problemləri artıb.
Zəlzələdən təsirlənən insanlar eyni şikayətlə həkimə müraciət edirlər. Onlar fəlakət baş verən saatda, yəni 04.17-də oyandıqlarını, bundan sonra yuxuya getməkdı çətinlik çəkdiklərini və oyaq qalmağa çalışdıqlarını bildirirlər.
Türkiyəli Uşaq və Yeniyetmə Psixiatriya Mütəxəssisi Dr. Çağlar Jaicks bildirib ki, 3 ay əvvəl yaşanan bu fəlakətdən sonra insanlarda ciddi psixoloji travmalar müşahidə edilir və ən çox rast gəlinən problemlərdən biri də yuxusuzluqdur. İnsanlarda yuxu pozulmaları, dərin depressiya və konsentrasiya itkisi var. Universitetə qəbul imtahanına hazırlaşan yeniyetmələr “Niyə oxuyuruq?” kimi mənasızlıq hissi yaşayırlar.
“Sözügedən dəhşəhtli zəlzələ gecə saat 04.17-də baş verdi. Bu fəlakəti yaşayan insanlar hələ də zəlzələ vaxtı qəfil oyanır və qorxu keçirirlər. Yuxusuzluq bu insanlarda qalıcı xarakter alsa, müalicə edilməzsə, çox ciddi sağlamlıq problemləri meydana gələ bilər. Çünki yatmayan insanlar həyatdan həzz ala bilməmək, düzgün düşünməmək kimi problemlərlə üzləşirlər. Ümumiyyətlə, normal yuxu ümumi sağlamlıq üçün çox vacibdir. Bunun üçün mənəvi dəstək alına və yuxu gigiyenasına diqqət yetirilə bilər. Gecə gec saatlarda çox çay və qəhvə içməmək lazımdır. Bundan başqa, çox işıqlı otaqda yatmamaq tövsiyə edilir”,-deyə mütəxəssis qeyd edib.
O bildirib ki, zəlzələ anında yuxudan oyanmaq beynin travmanı kodlamasından qaynaqlanır. Belə hallar çox olur. Bunun səbəbi beyinin həmin travmanı kodlaşdırmasıdır. Beyindəki qeyd bölgəsi bunu qeyd edir. Gecə saat 04:17-də qeydə alınıbsa, həmişə o saatda oyanmağa səbəb olur. Həmin saatda oyananlar fikirləşirlər ki, mən oyaq olsam, nəsə baş verdiyi halda xilas ola bilərəm. Amma qeyd etməliyik ki, belə bir zəlzələnin yenidən baş verməsi ehtimalı statistik baxımdan aşağıdır. Ona görə də insanlarla terapiya şəklində ünsiyyət çox vacibdir.
medicalmedia.az
Saglamolun.Az