Balış - sızanaqlar və allergiyanın səbəbi

Diş fırçası və yataq ağlarından fərqli olaraq evlərdə balışlar çox nadir hallarda dəyişdirilir. Xüsusən də balış sevimli olanda.

Deyerler.org bildirir ki, Londonun Sent Bars xəstəxanasının həkimləri xəbərdar edirlər ki, balışın istifadəsindən 2 il keçəndən sonra onun 1/3 çəkisi toz, gənə, bakteriya və onların həyat fəaliyyətlərinin məhsullarından ibarət olur.

Fərqi yoxdur balış quş tükündəndir, yoxsa sintetikdir. Xəstəxanada yatmaq üçün nəzərdə tutulan balışlar antibiotiklərə davamlı qızıl stafilokokkun (sızanaqlardan tutmuş pnevmoniya və meningitə qədər xəstəliklərin səbəbi) və klostridiya diffisilenin (güclü ishalın səbəbi) daşıyıcısı kimi aşkar olub.

Ev balışlarında bu qədər təhlükəli mikroorqanizmlər olmasa da, dəyişdirilməyən balışlardakı olan toz, diri və ölü gənələr və onların nəcisləri insanı balışı vaxtı vaxtında dəyişməyə düşündürməlidir. Mütəxəssislər balışları hər 6 aydan bir yumağı və ya təzələri ilə əvəz etməyi tövsiyə edirlər. Xüsusilə bu allergik xəstəliklərdən. astmadan, allergik bronxitlərdən əziyyət çəkənlər üçün vacibdir. 

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика