Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət!

Hıçqırıq xüsusilə mədə turşuluğunun artıq olub qida borusuna keçməsi, beyindaxili təzyiqin artması, sidiyin çoxalması və steroid kimi hallarda dərmandan istifadə edən insanlarda daha tez-tez müşahidə olunur.

Nevrologiya üzrə mütəxəssis dr. Şükrü Daloğlu hıçqırığın faydalı fizioloji xüsuyyətinin indiyədək tapılmadığını qeyd edir.

Hıçqırıq hər hansı xəstəliyin də səciyyəvi xüsusiyyəti sayılmır. Ancaq bəzi xəstəliklər zamanı daha tez-tez müşahidə olunur. Əsasən tənəffüs əzələsi və sinə əzələlərinin ani sıxılması və boğazdakı bir qapaqcığın sürətlə qapanması və ya sıxılması nəticəsində meydana çıxa bilər. Bu hal qarın orqanlarında da yaranır.

Lakin hıçqırıq bu kimi xəstəliklər və heç bir səbəb olmadan da yarana bilər.

Hıçqırığın sonlandırılması üçün karbondioksidin artırılmasının lazım olduğunu qeyd edən Daloğlunun sözlərinə görə, kağız paketə nəfəs verərək karbondioksidi almaq və bu yolla da hıçqırığı azaltmaq olar.

Sərbəst şəkildə edilə biləcək əsas üsullardan biri budur. Çox davam edən və keçməyən hıçqırıq varsa, o zaman mütləq həkimə müraciət olunmalıdır.

Davamlı və keçməyən hıçqırıq zamanı bir neçə dərman preparatı təyin olunur, əvvəllər təcrübədən keçirilmiş üsullardan istifadə olunur. Məsələn, nəfəsi saxlamaq, soyuq su içmək, qorxmaq, xarici qulaq yolunu tıxamaq və limon içmək əslində yanlış üsullardır və daha fərqli xəstəliklərə səbəb ola bilər.

Davamlı hıçqırıq tutursa, diqqət!

İrlandiyalı elm adamı heç cür keçməyən hıçqırığın çəki itkisi və udqunmaqda çətinlik kimi əlamətlərlə birlikdə qida borusu xərçənginin göstəricisi ola biləcəyini bildirib.

Dublində James Connolly Xəstəxanasının mütəxəssisi prof. dr. Tom Walsh bir iclas zamanı verdiyi açıqlamada bəzi qida borusu xərçəngi xəstələrinin keçməyən hıçqırıqdan şikayətçi olduqlarını vurğulayıb.

99 xərçəng xəstəsi üzərində aparılan araşdırma zamanı xəstələrin 27 faizinin “inadkar hıçqırıqdan” əziyyət çəkdikləri, 6 faizinin isə hıçqırıq səbəbilə həkimə müraciət etdikləri bildirilib.

Hıçqırmanın bu günə qədər xərçəng əlaməti olaraq qəbul edilmədiyini qeyd edən Dr. Walsh xərçəng xəstələrində keçməyən hıçqırığa diafraqmadakı bir sinirin səbəb olduğunun düşünüldüyünü söyləyib.

Dünyada 6-cı ən geniş yayılmış xərçəng növü olan qida borusu xərçəngi hər il təxminən 400 min insanda aşkar olunur. Siqaret çəkmək və alkoqollu içkilərdən istifadə ən önəmli risk faktorları arasında yer alır.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...