DNT-ni artıq bu formada AŞKARLAYACAQLAR

DNT nümunələri insanın çimdiyi sudan, çimərlikdə qalan ayaq izlərindən, otaqda tənəffüs edilən havadan və ya okeanda üzərkən qalan tüpürcək kimi tullantılardan toplana bilər.

Bu barədə ABŞ-ın Florida Universitetinin alimləri araşdırma aparıblar.

Belə ki, elm adamları nəsli kəsilməkdə olan dəniz tısbağalarını araşdırmaq üçün ətraf mühitin DNT nümunələri toplayarkən bu qənaətə gəliblər. Mütəxəssislər bildirirlər ki, bu tapıntılar həmin bölgədə yaşayan əhalinin genetikasını müəyyən edə bilər. 

“Tüpürcək, dəri, tər və qan vasitəsilə ətraf mühitə daxil olan insan DNT-si itkin düşmüş şəxslərin tapılması və cinayətlərin açılması, arxeoloji əhəmiyyət kəsb edən ərazilərin müəyyən edilməsi və sağlamlığın monitorinqi üçün məhkəmə araşdırmalarına kömək etmək üçün istifadə oluna bilər”,- deyə tədqiqatın hesabatında bildirilib.

Qeyd edək ki, araşdırmanın nəticələri “Nature Ecology & Evolution” elmi jurnalında dərc edilib.

 

medicalmedia.az 

Saglamolun.Az