Qorunmadan cinsi əlaqəyə girmək cinsi yolla keçən infeksiyaların başlıca yoluxma səbəbidir. Bu infeksiyaların əksəriyyətinin müalicəyə tabe olsa da, bəzi infeksiyaların müallicə yolları hələ də axtarılmaqdadır.
Mama-ginekoloq Nigar Əlizadənin sözlərinə görə, bu tip infeksiyalar müalicə olunmadıqda uşaq boruları, boyunun iltihabı, hamiləlik patologiyalarına qədər gətirib çıxarır.
Həkimin sözlərinə görə, müalicə zamanı partnyorlar birlikdə müalicə almalıdırlar. Müalicə kursu tam bitdikdən sonra normal həyata davam edə bilərlər, əks təqdirdə müalicənin effekti olmayacaq.
Mama-ginekoloq bildirdi ki, tez-tez nəzərdən qaçırdığımız cinsi infekiyalara qadınlar ciddi yanaşmalıdırlar. Çünki, səhlənkar yanaşdığımız bu infeksiyalar, nəinki öz, həm də cinsi partnyorlarının sağlamlığını təhlükəyə atır. Ona görə də periodik olaraq ginekoloqda müayinə olunmaq vacibdir.
medicalmedia.az
Saglamolun.Az