Qulaqlıqdan gün ərzində nə qədər istifadə etməliyik? – BU SƏBƏBDƏN GƏNCLƏR TƏHLÜKƏDƏDİR

 

Son zamanlar insanlar qulaqcıqlardan daha çox istifadə edirlər. Metroda, avtobusda, ofisdə və digər yerlərdə qulaqcıqdan istifadəyə üstünlük verilir. Mütəxəssislər isə bununla bağlı xəbərdarlıq edirlər. Onlar uzun müddət qulaqcıqdan istifadə edənlərdə erkən yaşlarda eşitmə itkisi riskinin böyük olduğunu bildirirlər.

Ümumdünya Səhiyyə Təşkilatı da gündəlik qulaqcıqlardan maksimum 4 saat istifadə etməyi tövsiyə edir.

Türkiyəli mütəxəssis audioloq Leyla Topkan bununla bağlı açıqlamasında bildirib ki, gələcək illərdə daha çox insanda erkən yaşlarda eşitmə itkisi və qulaqda problemlər meydana gələ bilər. Çünki gənclər son illərdə yatanda belə qulaqcıqdan istifadə edirlər.

Qulaq Burun Boğaz Mütəxəssisi Mustafa Asım Şafak isə qulaqcıqların qulaqdaxili daha zərərli olduğunu deyib. Qulağa qoyulan modellər qulaq kanalına uyğun gəlmirsə, qulaq dərisini qıcıqlandıra və xarici qulaq infeksiyasına səbəb ola bilər. Bu vəziyyət günlərlə davam edərsə, zərərlər yığılıb irəliləyəcək.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son açıqlamada qeyd edilib ki, 12-35 yaş arası insanların təxminən 50 faizi və ya 1,1 milyard gənc, uzun müddət yüksək səslərə məruz qalma səbəbindən eşitmə itkisi riski altındadır.

Sevinc Hüseynova

Saglamolun.Az