Anadangəlmə kor olan insanlarda şizofreniya olmur.
İllərlə aparılan araşdırmalar nəticəsində məlum olub ki, anadangəlmə görmə qüsuru olan insanlarda şizofreniya xəstəliyi aşkar edilməyib. Bəzi tədqiqatçılar buna etiraz etsələr də, tarixdə gözdən əlilin şizofreniya xəstəliyindən əziyyət çəkdiyinə dair sübut yoxdur.
Bir növ ruhi xəstəlik olan şizofreniyanın yayılması bir ildə yüzdə 1, ömür boyu isə yüzdə 1,5-dir.
Ancaq araşdırmalar, fərqli mühitlərdə rastlaşa biləcəyimiz şizofreniya hallarının görmə maneəlilər arasında heç vaxt görülmədiyini iddia edir.
Bundan əlavə, bu yaxınlarda edilən bir araşdırmada da oxşar nəticə əldə edilib. 2018-ci ildə 500 min insanla aparılan araşdırmada anadangəlmə görmə qüsuru olan insanlarda bir dənə də olsun şizofreniya halının olmadığı qeyd edilib.
Bəzi alimlərin fikrincə isə, 60 ilə yaxındır heç bir psixoloq və ya psixiatrın belə bir hadisə ilə bağlı məlumat verməməsi bu iddiaların qəti tapıntı olduğunu sübut etmir.
Əsas mexanizm tam olaraq bilinməsə də, anadangəlmə və ya erkən korluğun şizofreniyaya qarşı qoruyucu təsir göstərə biləcəyi bildirilir. Digər tərəfdən, görmə pozğunluğundan başqa heç bir duyğu itkisində belə bir vəziyyətin olmadığı məlumdur. Məsələn, araşdırmalar eşitmə itkisi olan insanlara şizofreniya diaqnozu qoyulduğunu bildirir.
Tapıntılar əminliyə istinad etməsə də, hətta anadangəlmə görmə qüsuru olan bir xəstəyə də illərdir şizofreniya diaqnozu qoyulmaması olduqca diqqətəlayiq görünür.
Sevinc Hüseynova
Saglamolun.Az