Qan damarlarını, qaraciyəri və böyrəkləri təbii üsullarla təmizləmək mümkündür.
Sağlamolun.az bu dəfə həmin təbii üsullardan bəzilərini təqdim edir:
Damarlar üçün.
2 xörək qaşığı valerian kökü
1 stəkan şüyüd toxumu.
2 stəkan təbii bal.
- Hər şeyi 2 litrə termosa qoyun.
- Boyuna qaynar su əlavə edib 1 gün buraxın.
- Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1yemək qaşığı qəbul edin.
Böyrəklər üçün.
1 yemək qaşığı kətan toxumu.
1 stəkan su.
- Qaynadın və 2 saat dəmlənməsi üçün gözləyin.
- Su ilə durulaşdırın və limon suyu əlavə edin.
- Gündə bir neçə dəfə 0,5 stəkan qəbul edin.
Qaraciyər üçün.
- Süd və təzə hazırlanmış kök suyunu bərabər nisbətdə qarışdırın.
- Səhər yeməyindən 1,5-2 saat əvvəl 1 stəkan için
- Müalicə müddəti məhdud deyil.
Saglamolun.Az