Mütəxəssislərin apardığı araşdırmalar zamanı məlum olub ki, həddindən artıq yatmaq sağlamlıq üçün təhlükəlidir.
Bununla əlaqədar “Neurology” jurnalında məqalə dərc edilib.
Sağlam yuxu gün ərzində 7 saat yatmaqdır. Amma hər gecə 9 saatdan çox yatan insanların insult keçirmə riskinin artır.
Tədqiqatda elm adamları 32 ölkədən xəstələri izləyən və nəzarətləri birləşdirən iştirak edən 5000 insanın məlumatlarını təhlil ediblər.
Bu insanların yarısı əvvəllər kəskin insult keçirmiş 62 yaşdan yuxarı şəxslər olub.
İştirakçıların yuxu vərdişləri barədə məlumatları anketdə soruşulub. Bundan başqa, yatarkən xoruldama, tənəffüs probleminin olub-olmaması haqqında da məlumat əldə edilib.
Nəticələr təhlil edilərkən məlum olub ki, insult keçirmiş insanların 151-I gün ərzində 9 saat və daha çox yatırlar. İnsult keçirməyən insanlar isə 9 saatdan az yatırlar.
Yatarkən xoruldayan insanların insult keçirmə ehtimalı, olmayanlara nisbətən üç dəfə çox olub.
Tədqiqatçılar, həmçinin belə nəticəyə gəlib ki, xoruldayan insanların insult keçirmə ehtimalı 91 faiz çoxdur. Müntəzəm olaraq çox yatmaq piylənmə, diabet və ürək xəstəliyi kimi digər sağlamlıq problemləri və ölüm riskinin artması ilə əlaqələndirilir. Həddindən artıq yuxunun insult riskini niyə artırdığı da aydın deyil, lakin tədqiqatçılar bunun anemiya, depressiya və ya oturaq həyat tərzi kimi digər sağlamlıq problemlərinə bağlı ola biləcəyini düşünürlər.
Digər tərəfdən, çox az yatmaq insult riskinin artması, həmçinin ürək və böyrək xəstəlikləri, yüksək qan təzyiqi və diabet kimi sağlamlıq problemləri ilə əlaqələndirilir.
Sevinc Hüseynova
Saglamolun.Az