Xəstə damaqlar bu ağır pozulmaya səbəb olur

ABŞ alimləri 2 elmi araşdırma nəticəsində damaq iltihabının işemik insultla əlaqəni aşkar ediblər.

İşemik insult beyinin bir hissəsində qan dövranının kəskin pozulması nəticəsində baş verən patoloji haldır. Əksər hallarda işemik insultun səbəbi aterosklerozdur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır, damarlar daralır və hətta tam bağlana bilir.

Araşdırma zamanı məlum olub ki, damaq iltihabından əziyyət çəkən insanlarda insulta 2 dəfə çox rast gəlinir. Həmçinin iltihablaşmış damaqlar qan damarlarının daralması riskini 2 dəfə artırır.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, alimlərin fikrinə görə, bunun səbəbi iltihabdır. Məhz iltihab aterosklerozun əmələ gəlməsi və inkişafında əsas rol oynayır.   

Mütəxəssislər qeyd edirlər ki, damaqların vaxtında müalicəsi damarlarda xolesterin piləklərin və trombların riskini azaltmaqla insultun riskini də azalda bilir.  

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...