1885-ci ildən bəri ailələrində bir dəfə də olsun qız övladı dünyaya gəlməyən amerikalı cütlük Endryu Klark və Kerolin Klark 138 ildən sonra ailəyə gələn Audrey Mari adlı körpə qızları ilə dünya mətbuatında böyük maraq doğurub.
ABŞ-ın Miçiqan ştatında yaşayan Endryu Klark və Karolin Klark ötən mart ayında ikinci dəfə ana və ata olmaq xoşbəxtliyini yaşayıblar.
Audrey Marie adlı qız övladı olan cütlüyün xoşbəxtliyinin səbəbi gözləniləndən xeyli fərqli olub.
Sosial mediada gündəmdə olan təfərrüatla bağlı ABŞ mətbuatına danışan ana Kerolin Klark, görüşdükləri zaman əri Endryu'nun ona 1885-ci ildə ulu babasından başlayaraq birbaşa soyunda olan hər kəsin oğlan övladı doğulduğunu deyib.
1885-ci ildən bəri ailədə qız övladının dünyaya gəlmədiyini deyən ərinə inanmayan Kerolin qayınatası ilə danışıb. Qayınatasının 1885-ci ilə qədər ailədə doğulan hər kəsin doğum haqqında şəhadətnamələrini ona göstərməsi Karolinni şoka salıb.
Ata Endryu isə 1885-ci ildən başlayaraq ulu babasından başlayaraq heç kimin birbaşa soyunda qızı olmadığını vurğulayaraq, qızının dünyaya gəlməsi onun möcüzə olduğunu bildirib.
İlk övladları oğlan olanda bu söz-söhbətə inanan ana Karolin Klark, keçən ilin oktyabrında ikinci körpənin cinsini öyrənmək üçün ziyafət təşkil etdiklərini və hər kəsin "qız" nəticəsini eşidəndə sevinc göz yaşlarına boğulduğunu söyləyib.
138 ildən sonra ailəyə gələn ilk qızı Odri Mari ailədəki zənciri qırıb.
Sevinc Hüseynova
Saglamolun.Az