Almaniya alimləri İsveç, Kanada və Almaniyada yaşayan 1,4 milyon insanın sağlamlıq haqqında məlumatlarını təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, yaşlı kişilərin uşaqları daha tez-tez sonsuzluq problemlə üzləşir.
Alimlərin fikrinə görə, bunun səbəbi yaşlı kişilərin spermasında mutasiyalara uğramış spermatozoidlərin sayı cavan kişilərlə müqayisədə daha çoxdur.
Saglamolun.az The Daily Mail-ə istinadla xəbər verir ki, həmçinin yaşlı kişilərin uşaqlarında bəzi patologiyaların riski də artmış olur. Belə ki, bundan əvvəlki araşdırmalar göstərib ki, onlarda şizofreniyanın riski daha çoxdur.
Saglamolun.Az