Zəli ilə BABASİLİN MÜALİCƏSİ

Babasil (digər adı hemorroy) düz bağırsaq damarlarının varikoz genişlənməsidir. 

Bu xoşagəlməz xəstəlik ağrı, qanaxma, daimi narahatlıq hissi və hətta tualetə getmək qorxusu ilə özünü büruzə verir.

Babasil xəstəliyi adətən oturaq həyat tərzi keçirən ofis işçilərində, sürücülərdə rast gəlinir. Az hərəkətlilik, qeyri-sağlam qidalanma, piylənmə nəticəsində qəbizlik yaranır, düz bağırsaqda qan dövranı pozulur və nəhayət babasil inkişaf edir.

Bundan əlavə, xəstəliyin formalaşmasına ağırlıq qaldırma, hamiləlik və doğuş da təkan verə bilər.

Babasil zamanı anal dəliyin ətrafında venoz düyünlər şişir və düzgün müalicə almadıqda proses 10 illərlə davam edə bilir. Hər gün xəstəni incidir, nəinki öz-özünə keçib getmir, əksinə ildən-ilə ağırlaşır.

Şişmiş babasil düyünlərinin müalicəsi üçün zəlidən istifadə olunur, əvvəlcə xəstə yaxşı-yaxşı yuyunur və şişmiş babasilin üstünə 3 və ya 4 ədəd zəli qoyulur və hər 3-4 gündən bir prosedur təkrar edilir, beləcə hər bir xəstəyə 9-12 ədəd zəli qoyulur. Birinci prosedurdan sonra ağrılar azalır, sonda isə ağrı tamamilə keçir.

Əlavə olaraq babasil zamanı qəbizlikdən qorunmaq lazımdır, bunun üçün 200 qram təbii kənd südündən hazırlanılmış  kefirin içinə 2 çay  qaşığı zəyərək tozu qarışdırıb, gündə 2 dəfə yeyə bilərsiniz. Başqa bir vasitə kimi 1 ədəd badımcanın yaşıl hissəsini 1 stəkan suda 15 dəqiqə dəmləyib yeməkdən əvvəl 1 stəkan içmək lazımdır, bunu gündə 2 dəfə səhər və axşam edə bilərsiniz, müalicə müddəti 2 həftədir.

 

 

Saglamolun.Az