Qrip, boğaz ağrısı və digər infeksion xəstəliklərdən sonra mütləq diş fırçasını dəyişdirmək lazımdır.
Bunu amerikalı diş həkimi Qari Lui deyib. Onun sözlərinə görə, xəstəlik zamanı istifadə edilən diş fırçasını sağaldıqdan sonra da istifadə etmək təkrar xəstəliyi tutulma riskini artırır.
Çünki mikroblar və bakteriyalar diş fırçasının üzərində 24 saatdan çox yaşaya bilirlər. Aparılan araşdırma göstərib ki, qrip virusu diş fırçasında 3 günə qədər yaşayır. Ümumiyyətlə isə, mütəxəssislər diş fırçasını hər 3 aydan bir dəyişməyi tövsiyə edirlər. Bundan başqa diş fırçalarını xüsusi qaba qoymaq da düzgün deyil. Çünki havasız şəraitdə bakteriyalar daha çox aktiv qalır.
Sevinc Hüseynova
Saglamolun.Az