Beyin çiplənməsinə başlandı: ilkin olaraq bu insanlara tətbiq olunacaq

Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi “SpaceX” kosmik şirkətinin baş icraçı direktoru İlon Maskın “Neuralink” şirkəti tərəfindən ediləcək beyin implantının klinik sınaqlarını ləğv edib.

Səbəb beyin toxumasının potensial zədələnməsi ilə bağlı narahatlıqdır.

FDA istifadəçinin beyni ilə əlaqə quran kiçik filamentlərin köçə, beyin və implantın funksionallığını dəyişə, iltihaba səbəb ola, qan damarlarını cıra və başqa kövrək toxumalara zərər verə biləcəyi ilə bağlı narahatlıqlarını qeyd edib.

Xatırladaq ki, İlon Mask “Neuralink”lə öz uşaqlarına belə beyin implantasiyası edəcək qədər əmindir. Çünki beyin implantı iflic olanlara tam hərəkətlilik verəcək və nəticədə insanlar sağalacaq. İlon Mask dəfələrlə vurğulayıb ki, süni zəka bir gün bəşəriyyətə zərər verməyə başlaya bilər. Məhz bunun qarşısını almaqdan, necə deyərlər, robotların əsarəti altına düşməməkdən ötrü beyin imkanlarımızı genişləndirəcək vasitələr yaratmalıyıq. Bizi daha ağıllı, güclü, bacarıqlı bir varlığa çevirəcək “Neuralink”in də digər məqsədi budur.

Sevinc Hüseynova 

 

 

 

 

Saglamolun.Az