Maska qanda oksigeni azaldırmı? Həkimdən maraqlı EKSPERİMENT - VİDEO

Bir çox insanların fikrinə görə, birdəfəlik maskalar sərbəst nəfəsalmaya mane olur, qanda oksigenin miqdarını azaldır.

Həkimlər müntəzəm olaraq bu fikirləri təkzib etməyə məcbur olurlar.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, İrlandıyalı həkim pasiyentlərin suallarına son qoymaq üçün maraqlı eksperiment keçirib. Həkim canlı yayım zamanı üst-üstə 6 maska taxaraq qanda oksigenin miqdarını ölçürdü.

Eksperiment zamanı aydın görünür ki, hətta 6-cı maskanı taxandan sonra həkimin qanında oksigenin səviyyəsi 99%-dən aşağı düşmür. Bununla həkim sübut edib ki, tibbi maskanın taxılması nəfəsalmanı çətinləşdirmir.

Bildiyimiz kimi, qanda oksigenin miqdarı 95%-dən aşağı düşdükdə, bu artıq təhlükəli sayılır.

Lakin nəzərə almaq lazımdır ki, maskanın taxılması qaydalarına riayət etmək çox vacibdir. İnsan eyni maskada bir neçə gün gəzirsə, maska onu nəinki heç nədən qorumur, əksinə infeksiya mənbəyinə çevrilir.

Saglamolun.Az