Загрузка...

Uşağa hansı yaşdan sonra xarici dil öyrədilməlidir? – Psixoloq məsləhəti

Bu gün uşaqlara kiçik yaşlarından xarici dil öyrətmək dəb halını alıb.

Atalar sözündə deyildiyi kimi, "Yar məni alverdə görsün" məsələsidir, yoxsa düşünülmüş addımdır. Bəzi mütəxəssislər bildirirlər ki, bu uşağın gələcək inkişafı üçün müsbət haldır. Gələcəkdə əcnəbi dili çətinlik çəkmədən, rahat öyrənə biləcək. Lakin uşaq psixoloqları bunun mənfi tərəflərini də nəzərdən qaçırmırlar. Araşdırmalara görə, iki dildə danışan ailələrin uşaqlarında nitqdə qüsurlar ola bilər.

Hazırda üstünlük ingilis dilinə üstünlük verilir. Çünki bu dil dünyada qəbul edilən bir neçə dildən biridir və gələcəkdə də uşaq bu dildən faydalana bilər. Lakin valideynlər bir nüansı da unutmamalıdırlar ki, uşağın tez qavraması üçün onun  temperamentinə uyğun dil seçilməlidir.

- Uşağın orijinal şəxsiyyət kimi yetişməsi üçün yapon dili öyrədilməsi məsləhətdir. Heroqliflərin yazılış qaydasını yadda saxlamaq üçün uşağın beynində hər iki yarımkürə aktiv inkişaf edəcək.

- Uşaq musiqiyə meyillidirsə, çin dilinin öyrədilməsi məsləhətdir. Bu dil beyinin sağ yarımkürəsinin cavabdeh olduğu musiqi qabiliyyətini  artırmaqda ona kömək olacaq. Dilçilərin fikrinə əsasən, məhz çin dili gələcəkdə aparıcı dil olacaq.

- Ünsiyyətcil uşağa fransız və ya ispan dili öyrətmək daha uyğundur.

- Uşağınız məntiqli düşünürsə, alman dili onun seçimi ola bilər.

- Kreativ düşüncəli uşağa isə inglis dilinin öyrədilməsi məsləhətdir.

Bəs bu dillər uşağa hansı yaşdan sonra öyrədilməlidir?

"Loqos" psixoloji nitq mərkəzinin baş uşaq psixoloqu Anara Quliyeva bununla bağlı ATV.az-a öz fikirlərini bildirdi:

"Uşaqlarda passiv və aktiv nitq inkişafı olur. Passiv nitq, yəni uşağın başa düşdüyü dildə apar, qoy, gətir kimi ifadələri anlayır və icra edir. Artıq 1 yaşından uşaq öz söz ehtiyatına uyğun hərəkət edir. Uşağın qavrama, idrak prossesinə görə bir dil inkişaf olunmalıdır. Uşağın duyğusu, məntiqi, qavrayışı bir dil əsasında formalaşmalıdır. Ancaq uşağa 2 və daha çox dil öyrədildikdə, fikirini izah etdikdə 2 dildə ifadə edəcək. Anlaşılmazlıq ola bilər.

Dilləri qarışdırmamaq üçün uşağa 5 yaşına kimi bir dil mənimsədilir, 5 yaşından sonra isə xarici dillər öyrədilə bilər. Çünki uşaq öz dilini kifayət qədər duyub, anladıqdan sonra əlavə dillər öyrədilə bilər. Lakin unutmayın, övladınızın dil qüsuru varsa, ona xarici dil öyrətmək fikrindən daşının. Çünki bu dil qüsuru problemini daha da dərinləşdirəcək.

Uşaq 8-10 yaşına çatdıqda, dil öyrənmək bir qədər çətin olsa da, 2-3 dili ona paralel öyrətmək mümkündür, amma ideal tələffüzə nail olmaq bir qədər zaman alacaq.

Əcnəbilərin çalışdığı uşaq bağçaları bu məsələdə əvəzedilməzdir, lakin dili unutmamaq üçün sonradan uşağın xarici dil təmayüllü məktəbə getməsi vacibdir."


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика