Oruc tutanlar üçün VİTAMİNLİ ÇAY

İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulub. Mədəsindən şikayəti olan, hamilə və süd verən qadın, xəstəliyinin artacağından qorxan kəslər, hərbdə olan əsgər və uzun səfərə çıxanlar oruc tutmaya bilərlər.

Oruc bir il boyunca dayanmadan işləyən mədə ilə birgə bütün həzm sisteminin və insan bədəninin dincəlməsinə kömək edir. İnsanların ən çox şikayəti həzm sistemindəndir. Həzm sisteminin pozulması köklük, ürək və damar, şəkər, yüksək təzyiq və s. kimi bir çox xəstəliklərə səbəb olmaqdadır. Oruc, insanı bütün bu xəstəliklərdən nəinki  qoruyur, həm də müalicə edir. Bu gün bir çox xəstəlikdən xilas olmaqda pəhrizin böyük rol oynadığını hər kəs bilir. Bundan əlavə oruc ilə insan güclü bir iradə qazanır. Ona görə də spirt, narkotik kimi pis vərdişlərdən oruc tutmaqla xilas olanlar daha çox olur. Oruc orqanizmdəki karbohidrat, zülal və xüsusilə yağ ehtiyatlarının səfərbər olmasını təmin edir. Oruc sayəsində zərərli maddələri süzməkdən xilas olan böyrəklər dincəlməyə və yenilənməyə imkan tapır.

Oruc tutarkən bədənin eyni zamanda bol vitaminə də ehtiyacı var. Bunun üçün bol vitaminli çaylardan, qidalardan istifadə edə bilərsiniz.

Tövsiyə edilən vitaminli çay üçün:

1 x.q. qurudulmuş itburnu

1 x.q. qurudulmuş qara qarağat

1 x.q. qurudulmuş yemişan

1 x.q. üvəz götürülüb

2 stəkan qaynanmış suda dəmlənir.

10-12 saat saxlanılıb  tənzifdən və ya ələkdən süzülür. Gündə 3 dəfə yarım stəkan içilir.Bu çayı gicitkən, mərsin, yerkökü, mоruq kimi vitaminlə zəngin bitki xammalı ilə də hazırlamaq оlar.

Sevinc Hüseynova 

Saglamolun.Az