ən-Nəsr (Kömək) surəsi
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;
2 - İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman
3 - Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!
Saglamolun.Az