Menstruasiya öncəsi şirniyyat istəyi niyə artır? - XANIMLARA ÖZƏL

Menstruasiya öncəsi qadınların əksəriyyətində şişkinlik meydana gəlir.

Bədəndə həmişəkindən fərqli dəyişimlər baş verir ki, bu da narahatlıq yaradır. Ailem.az xanımlara menstruasiya zamanı yaranan dəyişikliklər barədə məlumat verir.

Şişkinlik

Aybaşı zamanı bədəndə yaranan şişkinlik orqanizmdə estrogen-progesteron hormonlarının dəyişən nisbəti nəticəsində maye yığılmasına səbəb olur. Diqqət etsəniz görərsiniz ki, bu dönəmdə normaldakından daha az tualetə getmə istəyi duyulur. Bunun səbəbi bağırsaqların hormonal dəyişiminə görə normal işləməməsi və qəbizliyə səbəb olmasıdır. Təbii ki, bu zaman qəbul edilən qidalar da təsir göstərir. Lakin menstruasiya dönəmi bitdiyində qəbizlik aradan qalxır, şişkinlik çəkilir və həzm sistemi də normala qayıdır.

Menstruasiya öncəsi şirniyyat istəyi niyə artır?

Bu zamanda bədəndə estrogen hormonunun dövranı azalır. Adıçəkilən hormon xəbərdaredici bir hormondur. Bədənimizdəki serotonin, noradrenalin və endorfin hormonlarının istehsalını artırır. Ovulyasiya dönəmində estrogen səviyyəsi ən yüksək səviyyədədir. Buna görə də bu dönəmdə qadınların çoxu özlərini daha xoşbəxt və rahat hiss edirlər. Ovulyasiya sonrası isə bu səviyyə sürətlə düşər və menstruasiya dönəmində ən aşağı səviyyədə olur. Bu dönəmdə serotonin (təbii rahatlaşdırıcı) və endorfin (xoşbəxtliyi artıran) hormonlarının da istehsalı azalır. Ona görə də orqanizm şirin qidalara ehtiyac duyur. Diqqət etməyimiz lazım olan məqam isə həddindən artıq şirniyyat yeməməkdir. Əks halda həm qan şəkərində dəyişiklik olar, həm də artıq kilo ala bilərsiniz.

Menstruasiya zamanı lazım olan karbohidrat ehtiyacı necə ödənilir?

Ovulyasiyadan sonra progesteron hormonunun səviyyəsi yüksəlir və bədənin hamilə olmadığından əmin olana qədər yüksək səviyyədə qalır. Necə ki, estrogen hormonu bədənin xəbərdaredici hormonudursa, progesteron da bədənin sakitləşdirici hormonudur. Menstruasiya yaxınlaşarkən bədən sakitləşdiricilərə ehtiyac duyur və beyinə bunun siqnallarını göndərir. Nəticə olaraq yaxşı sakitləşdirici olan yüksək nişastalı qidalara yönəlir (çörək, makaron və sair). Ancaq karbohidrat qəbulu nəzarət altında olmalıdır ki, sonradan çəkinizdə artım yaşamayasınız. İstifadə edəcəyiniz karbohidrat miqdarları 3-də bir porsiyaları keçməməlidir. Qəhvə və alkaqol istehlakına da diqqət etməlisiniz. Həmçinin işlənmiş qidalar yerinə təbii qidaların istifadəsinə üstünlük verin.

Menstruasiyadan əvvəl necə qidalanmaq lazımdır?

Balanslı və sağlıqlı bir qidalanma olmalıdır. B vitamini ilə zəngin qidalar yeyilməlidir:

- Balıq

- Toyuq

- Yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə ispanaq

- Az yağlı süd məhsulları

- Bitki yağları

Tərkibində E vitamini olan qidalar:

- Badam

- Fındıq

- Rəngli kələm

- Günəbaxan və balqabaq tumu

Kalsium və maqnezium tərkibli qidalar adətən aybaşı öncəsi sindromunu minimum səviyyədə tutmağa kömək edir.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика