XƏBƏRDARLIQ! Bu amil xərçəngin riskini iki dəfə artırır

Böyük Britaniyada Bristol Universitetinin alimləri aydınlaşdırıblar ki, artıq çəki və piylənmə xərçəngin inkişafı riskini ən azı iki dəfə yüksəldir.

Publika.Az xəbər verir ki, bu haqda "MedicalXpress"in açıqlamasında deyilir.

Tədqiqatçılar piylənmə ilə əlaqəsi göstərilən xərçəngin səkkiz tipinin şiş toxumalarında genlərin fəallığını müəyyən ediblər. Sonra mütəxəssislər Mendel randomizasiyası metodundan istifadə ediblər. Metod xəstəliyin inkişafında bu və ya digər amilin rolunu müəyyən etməyə imkan verir, yəni səbəb-nəticə qarşılıqlı əlaqəsini aşkar edir.

Alimlər artıq çəki və piylənmə ilə xərçəngin inkişafı riski arasında birbaşa əlaqəni aşkar ediblər.

Qiymətləndirmələrə görə, artıq çəki inkişaf etmiş ölkələrdə xərçəng hallarının 6 faizinin səbəbidir. Ancaq yeni tədqiqatın nəticələri göstərdi ki, bu göstərici daha çoxdur.


Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

HƏKİMLƏR

İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

 


Яндекс.Метрика