Xərçəng xəstəliyinin profilaktikası

İldən ilə bütün dünyada xərçəng xəstəliyinə tutulan insanların sayı artır. Bu səbəbdən bu xəstəliyin profilaktikası çox mühüm bir dünyəvi problemdir. Lakin sağlam hüceyrənin xərçəng hüceyrəsinə çervilməsi səbəbləri tibbdə hələ ki dəqiq məlum deyil.

Digər tərəfdən isə tibbdə bu xəstəliyin inkişafınının riskini artıran faktorlar məlumdur. Beləliklə müəyyən profilaktik tədbirlər kompleksi bizdə bu xəstəliyin inkişafının riskini azalda bilər.

Xərçəngin ilkin profilaktikasının ən effektli tədbirləri bunlardır:

- spirtli içkilərdən və siqaretdən imtina etmək. Bu əsas tədbirlərdən biridir. Həm spirtli içkilər, həm də siqaretlər insan orqanizmininə güclü toksik təsir edir ki, bunun nəticəsində sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsi ehtimalı artır.

- tamdəyərli və sağlam qidalanma. Təzə mövsümi meyvə və tərəvəzlər, yağsız ət və balıq, təbii süd məhsulları (dükanlarda qutularda satılan yox!), müxtəlif yarmalar, təbii çörək və s. faydalı qidalar insanın pəhrizinin əsas hissəsini təşkil etməlidir.

İnsan qızarmış qidaların qəbulunu minimuma çatdırmalıdır. Yağda qızarmış və hisə verilmiş qidalar kanserogen ("canser" - xərçəng, "genes" - doğan) adlı maddələrlə zəngindir ki, bu maddələr xərçəngin inkişafına təkan verir. Sosiska, kolbasa, müxtəlif konservlərə yaxşı xarici görünüş vermək üçün nitritlər əlavə olunur ki, bu nitritlər ən güclü kanserogenlərdən biri sayılır.

Dükanlarda satılan hazır un məmulatlarına (peçenye, vafli, kekslər və s.), konservlərə, mayonezlərə, çipslərə və digər müxtəlif hazır qidalara külli miqdarda müxtəlif kimyəvi konservantlar, rəngvericilər, dad artıranlar və s. əlavə olunur ki, bunların bir çox hissəsi insanın sağlamlığına ciddi ziyan vurur, insanda xərçəng xəstəliyinin əmələ gəlmə riskini artırır. Təəssüf ki, bütün bu ziyanlı maddələr uşaqlar üçün olan hazır qidalara da  (müxtəlif "çöplər", "suxari"lər, peçenye, çipsi, şirniyyatlar və s.) əlavə olunur.

Marqarinlərin istifadə olunması da ziyanlıdır ki, onların hazırlanması zamanı kanserogen effektinə malik olan trans-yağlar əmələ gəlir.

Kif göbələyi də güclü kanserogendir. Bu səbəbdən kifli çörək, meyvə quruları, mürəbbələri və s. qəbul etmək çox təhlükəlidir.

Meyvə və tərəvəzlərin yetişdirilməsində pestisid və nitratlar istifadə olunur. Bu maddələr də güclü kanseroqen təsirinə malikdir. Bu maddələrdən özünü qorumaq üçün yediyiniz meyvə və tərəvəzlər mövsümi və yerli olmalıdır. Məsələn, qışda yediyiniz xaricdən gələn "təzə" çiyələk sizə yalnız ziyan gətirə bilər.

- bədən çəkisinin normallaşması. Artıq çəki orqanizmin normal fəaliyyətinin pozulmasına səbəb olur ki, nəticədə bu xərçəng xəstəliyinin inkişafına təkan verə bilər. Bir çox xəstəliklər (o cümlədəndə, xərçəng xəstəliyi) insanlarda məhz piylənmə fonunda inkişaf edir.

-  fiziki aktivlik. Fiziki aktivlik insanın sağlamlığının təminatıdır. Fiziki aktivlik zamanı orqanizm oksigen və digər lazımlı maddələrlə daha yaxşı təmin olunur. Fiziki aktivlik stresdən çıxmasına kömək edir, insan orqanizminin müdafiə funksiyalarını artırır.

Saglamolun.Az