“Əməliyyatla göz rəngini dəyişməyin iki üsulu var. Birincisi gözün içinə rəngli qüzeyli qişa yerləşdirməklə olur. İkincisi isə insanın öz təbii gözlərinin atrofiyasının yaradılması ilə”.
Sağlamolun.az xəbər verir ki, bu sözləri cərrah-oftalmoloq Leyda Kazımova SƏHİYYƏ TV-də yayımlanan "Canlı həkim qəbulu" proqramında deyib.
Həkim göz rənginin əməliyyatla dəyişə bilməsindən və prosedurların nə qədər təhlükəli ola biləcəyindən söz açıb.
O bildirib ki, bu əməliyyatların həyata keçirilməsi üçün xüsusi mexanizmilər lazım olur və həyata keçirilən zaman qüzeyli qişanın məhvinə gətirib çıxarır.
Qeyd edək ki, "Canlı həkim qəbulu" həftə içi 5 gün saat 20:00-da Səhiyyə TV-də və sosial şəbəkələrimizdə yayımlanır. İzləyərək, həkimlərə sual verib ödənişsiz müayinə qazana bilərsiniz.
Ətraflı videodan izləyin:
Saglamolun.Az