Xora xəstəliyi. ƏSAS SİMPTOMLAR

Mədə xorası xəstəliyi ən yayılmış mədə-bağırsaq sistemi xəstəliklərindən biridir.

Mədə xorası çox ciddi xəstəlikdir. Mədə xorası mədə xərçənginin əsas risk faktorlarından biri sayılır. Həmçinin mədə xorası insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli olan müxtəlif ağırlaşmalara (xoranın deşilməsi, daxili qanaxma və s.) səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq xəstəliyin ilk simptomlarında mütləq həkimə müraciət etmək lazımdır.

Hal hazırda mədə xorası xəstəliyi çox uğurla müalicə olunur.

Xəstəliyin simptomları arasında:

- qarının yuxarı hissəsində ağrılar. Ağrıların qida qəbulundan neçə dəqiqə və ya saat sonra inkişafı xoranın yerləşməsindən asılıdır. Xora mədənin yuxarı hissəsində yerləşdikdə, ağrılar qida qəbulundan 20 dəqiqə sonra, aşağı hissələrdə yerləşdikdə 2-3 saat sonra inkişaf edir.

Ağrılar müxtəlif ola bilər, adətən dartıcı, yandırıcı olur. Ağrılar bel nahiyəsinə əks oluna bilər. Çox güclü dözülməz ağrılar pis əlamət sayılır. Bu xoranın dəşilməsinə işarə edə bilər.

Nəzərə almaq lazımdır ki, qarının yuxarı hissəsində yandırıcı ağrıların olması bəzən miokard infarktının simptomu ola bilər. Bu səbəbdən antasid preparatları (maaloks, almagel və s.) kömək etmirsə, ağrı azalmırsa və ya əksinə güclənirsə, dərhal "təcili yardım" çağırın.

Ağrılar xəstəni aclıq zamanı və gecə saatlarında narahat edirsə, bu onikibarmaq bağırsağı xorasına işarə edir. Gecə ağrıları 12-barmaq bağırsağı xora xəstəliyinin xarakterli simptomlarından biridir. Xəstə gecə yuxudan oyanır, ağrı çox güclü olur, antasid preparatların və ya südün qəbulundan sonra keçir.

Xora zamanı antasid preparatların (maaloks, almagel və s.) və ya qidanın qəbulu ağrıları azaldır və ya tamam yox edir. Bəzi xalq təbabəti vasitələri də kömək edir - soda əlavə olunmuş su, bitki yağı, kartof şirəsi və s.

Bəzən xora xəstəliyi simptomsuz da keçə bilər. Xəstəlik ağırlaşmaların (xoranın deşilməsi, daxili qanaxma və s.) inkişafına qədər özünü heç bir simptomla bürüzə vermir. Bu adətən yaşlı insanlarda, şəkər xəstələrində, alkoqoliklərdə müşahidə olunur.

- qıcqırma. Bu simptom da xəstələri tez-tez narahat edir.

- gəyirmə, ağızda turş dad.

- ürəkbulanması və qusma. Bu da xora xəstəliyinin əsas simptomlarından biridir. Qida qəbulundan 2 saat sonra ola bilər. Qusma xəstənin vəziyyətini yaxşılaşdırır və bu səbəbdən bəzən xəstələr qəsdən özünü qusdurur.

- iştaha adətən dəyişilmir və ya əkinə artır. Bəzi hallarda qidanın qəbulu ağrılara səbəb olduqda xəstələr yeməkdən imtina etməyə başlayır.

- qarında ağırlıq.

- qəbizlik. Bir çox hallarda xora xəstəliyi qəbizliyə səbəb olur. Lakin bəzən əksinə xəstələri tez-tez təkrarlanan ishal narahat edir.

Mədə xorasından əziyyət çəkən insanlarda xəstəlik adətən yaz və payız fəsillərində kəskinləşir.

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Mirvari Cəlilova

Mirvari Cəlilova

Kardiologiya

Həkim-kardioloq İş stajı – 10 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 25 il

Ətraflı...

 


Яндекс.Метрика