Koronavirus haqqında ən vacib 12 fakt

Koronavirus artıq 2 aydan artıqdır ki, bütün dünya KİV-lərinin manşetlərini “bəzəyir”. Lakin buna baxmayaraq insanların bir çoxu bu virus haqqında dəqiq məlumata sahib deyillər.

Saglamolun.az xarici KİV-lərə istinadla koronavirusla bağlı ən vacib faktları ilə sizi tanış edir.

1. Koronavirus əsasən yüngül keçir. Ağırlaşmalar və ölüm halları əsasən yaşlı və xroniki xəstəlikləri olan (ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, onkoloji xəstəliklər) insanlarda qeydə alınır.

2. Koronavirus atipik pnevmoniyadan əlavə böyrək çatışmazlığı və sepsisə səbəb ola bilir.

3. Koronavirusun əsas əlamətləri yüksək hərarət, öskürək və halsızlıqdır.

4. Koronavirusun xüsusi müalicəsi yoxdur. Müalicə simptomatik aparılır, xəstəyə virusəleyhinə və ümumimöhkəmləndirici vasitələr təyin oluna bilər.

5. Antibiotiklər koronavirusu öldürmür. Antibiotiklər hüceyrələrə təsir edir, virusların isə hüceyrələri yoxdur. Viruslar “yiyəsi”nin hüceyrələrinə daxil olaraq orada inkişaf edir.   

6. Koronavirusa qarşı vaksin yoxdur.

7. Karantin koronavirusun yayılmasının azalmasına yönəlmiş ən yaxşı tədbirdir. Belə ki, Çində ciddi karantin tədbirlərinə görə koronavirusa yoluxanların sayı gündən günə azalır.

8. Koronavirusun inkubasiya dövrü orta hesabla 14 gündür. İnkubasiya dövrü virusa yoluxan günündən xəstəliyin ilk simptomlarının əmələ gəlməsinə kimi olan dövrdür. Bu müddət ərzində insan digər insanları yoluxdura bilir.

9. Virus hava-damcı və kontakt yolu ilə keçir.

10. Adi tibbi maskaları koronavirusdan qorumur.

11. Koronavirusun ən yaxşı profilaktikası əlləri sabun və su ilə tez-tez yumaq və göz, ağız və buruna əl vurmamaqdır. Həmçinin ev və iş yerlərində bütün səthlər (döşəmələr, masalar, qapı dəstələri, kranlar və s.) tez-tez dezinfeksiya olunmalıdır.

12. Epidemiya zamanı mümkün qədər evdə qalmaq, insanların kütləvi toplandığı yerlərə (kinoteatr, supermarket, restoranlar və s.) getməmək tövsiyə olunur.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...