Загрузка...

Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.

Öd daşları – bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur.

Öd kisəsində daşların əmələ gəlməsi uzun müddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir. Bu daşlar öd kisəsinin normal fəaliyyət göstərməsinə mane olur.

Öd daşı xəstəliyinin risk faktorları

- qadın cinsinə mənsub olmaq. Cinsi hormon olan estrogenlərin təsirindən irəli gələrək, cinsi yetkinlik yaşından sonrakı bütün yaş qrupuna aid olan qadınlarda öd kisəsində daşın əmələ gəlməsinə meyllilik olur;
- yaşın 40 və ondan artıq olması;
- artıq çəkinin olması. Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi üçün əsas risk faktorlarından biri də piylənmədir. Bu isə xolesterinin daha çox sintez və ifraz olunması ilə əlaqədardır;
- çəkinin az bir müddət ərzində azalması. Səbəbindən asılı olmayaraq (ya pəhrizin köməkliyi ilə, ya çəkini aşağı salan preparatlar vasitəsi ilə, ya cərrahi yolla) kəskin arıqlama orqanizmə bu prosesə uyğunlaşmağa vaxt vermir və orqanizm lazım olan fermentləri əvvəlki həcmdə olmaqla istehsal edir ki, bunun da nəticəsində onların konsentrasiyası artır. Ödün artması isə öd daşı xəstəliyinin yaranmasına gətirib çıxara bilər;
- hamiləlik. Hamiləlik zamanı və həmçinin daxilə qəbul edilən hamiləlik əleyhinə dərman preparatlarından istifadə edilməsi zamanı qanda esterogen və progesteronun miqdarı artır. Bu hormonlar isə maddələr mübadiləsi sistemində dəyişikliklərə səbəb olaraq öd daşlarının əmələ gəlməsinə köməklik edir;
- hormonal dərman preparatlarının qəbul edilməsi;
- qida qəbulunda yağlı qidalara (yağlı ət, balıq, heyvani piylər və s.), tərkibində xolesterinin miqdarı yüksək olan qidalara üstünlük verilməsi, qida rasionunda bitki sellülozunun (meyvə və tərəvəzlər) az olması;
- irsi faktor (ən yaxın qohumlarda öd daşı xəstəliyinin olması). Əgər sizin valideynlərinizdə öd daşları aşkar edilmişdisə, sizin də öd daşı xəstəliyinin daşıyıcısı olmaq riskiniz iki dəfə artıq olur;
- şəkərli diabet. Şəkərli diabet zamanı öd kisəsində durğunluq yaranır. Öd uzun müddət ərzində öd kisəsində qaldıqda öd daşları əmələ gəlir;
- qara ciyər sirrozu. Qara ciyər sirrozu olan şəxslərdə öd kisəsinin funksiyası pozulduğu və qara ciyərin xəstəliyi nəticəsində qanda estrogenlərin də səviyyəsi artdığı üçün öd kisəsində daşların əmələ gəlmə riski 10 dəfə artır;
- qanda xolesterinin səviyyəsini aşağı salan dərmanların qəbul edilməsi;
- az hərəkətli həyat tərzi. Aparılan tədqiqatlara əsasən, gün ərzində icra olunan 30 dəqiqəlik aerobika hərəkətlərinin köməkliyi ilə öd daşı xəstəliklərinin 1/3 hissəsinin qarşısını almaq olar.

Öd kisəsinin daşı xəstəliyinin əlamətləri

Əksər hallarda öd kisəsində olan daşlar əlamətsiz keçir, bunlara “lal daşlar” da deyirlər. Belə daşlar təsadufən aparılan ultrasəs və ya rentgen müayinəsi nəticəsində aşkar olunur. Belə daşlar öz daşıyıcılarını uzun illər ərzində, bəzən isə bütün ömürləri boyu da narahat etmirlər. Bəzən isə - doyunca yemək yedikdən sonra, bədən xeyli silkələndikdə və ya digər bu kimi səbəblərin təsiri nəticəsində belə xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir. Bu zaman daş öd kisəsi yoluna keçərək onun yolunu bağlayır və ödün öd kisəsindən axınının qarşısını alır. Nəticə etibarı ilə bu, öd kisəsinin divarının gərilməsinə və kəskin ağrının baş verməsinə səbəb olur. Sancı zamanı ağrı sağ körpücük nahiyəsinə, sağ qola, sağ süd vəzisi və sağ kürək nahiyəsinə “yayılır”, dəfələrlə təkrar olunaraq bir neçə saat ərzində davam edir. Bir çox hallarda ağrı o dərəcədə kəskin olur ki, xəstələr “təcili yardıma” müraciət etməli olurlar.

Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından keçərək “müvəffəqiyyətlə” onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə keçib gedir və daş nəcislə xaric olur.

Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:

- sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;

- ağızda aclıq hissiyyatı;

- meteorizm, ürəkbulanma;

- üşütmə, temperaturun bir qədər yüksəlməsi;

- doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra gəyirmənin olması;

- sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.

Bütün bu əlamətləri nəzərə aldıqdan sonra həkim-qastroenteroloq xəstəyə öd daşı xəstəliyi diaqnozunu qoya bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#15 aygun 29.10.2013 17:57
hekim menim odumde 30mm das var.ancaq hec bir aqrllar olmur.bunun bir ziyanl ola bilermi.emeliyy ata eytiyac var?
#16 Administrator 30.10.2013 12:07
Hörmətli Aygün xanım!
Belə daşlara "lal daşlar" deyilir. Əgər öd daşı xəstəliyinin simptomları yoxdursa, bu cərrahi əməliyyat üçün göstəriş sayılmır.
#17 nigar 09.11.2013 22:07
salam doktor menim odumde 1 hefte bundan evvel ultroses muainesi zamani od dasi var 3 mm ne etmeliyem
#18 Administrator 10.11.2013 11:05
Hörmətli Nigar xanım!
Belə daşlara "lala daşlar" deyilir. Bu daşlar heç bir narahatçılığa səbəb olmur və USM zamanı təsadüfi olaraq aşkar olunur. Əgər öd daşı xəstəliyinin əlamətləri yoxdursa, adətən heç bir müalicə təyin olunmur. Xəstə sadəcə pəhriz saxlamalı və 1/2-1 ildən sonra təkrar USM-dən keçməlidir.
#19 Aise 22.11.2013 15:25
Salam hekim.Nenemin 60 yasi var.Odunde 85mm das var emeliyyat etdirmekden qorxur xususi pehrizlerle agrilari azaldir.Mualice yolu ile dasdan qurtulmagin mumkun oldugunu dusunur.bu dogurdan beledir yoxsa emeliyyat etdirek?oxudugu nuz ucun sag oloun.
#20 Administrator 22.11.2013 18:22
Hörmətli Aişə xanım!
Bəli, müəyyən dərman prepartaları mövcuddur ki, onların köməyi ilə belə daşları "əridmək" olar. Lakin bu müalicə üsulu bütün növ daşlar üçün uyğun gəlmir. Qastroenteroloq la məsləhətləşin.
Allah şəfa versin!
#21 Aise 26.11.2013 14:30
Cavablandirdigi niz ucun tesekkur edirem.

Загрузка...

HƏKİMLƏR

Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика