Qalxanvari vəzi xaric olunduqdan sonra...

Bəzi qalxanvari vəzi xəstəliklərinin müalicəsi vəzin qismən və ya tam xaric olunmasını tələb edir.

Bu halda xəstələri maraqlandıran əsas sual - əməliyyatdan sonra mən normal yaşaya biləcəm? mən əlil olmayacam? mənim uşaqlarım olacaq? və s.

Cəmiyyətdə səhv fikir formalaşıb ki, qalxanvari vəzi olmayan insan əlil olur və o, əməliyyatdan sonra həyatda bir çox şeylərdən məhrumdur. Lakin bu taman səhv fikirdir.  Narahatçılıq üçün heç bir səbəb yoxdur. Belə əməliyyatları keçirmiş insanların əksəriyyəti tam normal həyat sürür, istənilən iş fəaliyyəti ilə məşğul ola bilir, sağlam uşaq həyata gətirirlər və s.

Bunun üçün xəstə həyatın sonuna kimi hər gün fasiləsiz olaraq həkim tərəfindən təyin olunmuş miqdarda qalxanvari vəzi hormonları qəbul etməlidir. Hal hazırda alimlər qalxanvari vəzi hormonlarının dəqiq "kopiyalarını" sintez ediblər. Bu dərmanların qəbulu insan orqanizmində istehsal edən hormonların təhlükəsiz və tam əvəz edilməsidir.

Adətən əməliyyatdan dərhal sonra pasientə L-tiroksin preparatları təyin olunur (L-tiroksin, Baqotiroks və s.). Bu dərmanların əsas təsir edən maddə "levotiroksin"dir, qalxanvari vəzi hormonun tiroksinin (T4) dəqiq kopiyasıdır.

Qalxanvari vəzinin çox hissəsi və ya qalxanvari vəzi tam xaric olunduqdan sonra insan hər səhər acqarına qida qəbulundan 30 dəqiqə əvvəl tiroksin həbini qəbul edir. Bu dərmanın qəbulu çəkinin artmasına, tüklənməyə və digər yanaşı təsirlərə səbəb olmur. Orqanizm üçün lazım olan dozada təyin olunmuş bu hormonun qəbulu ümumiyyətlə heç bir yanaşı təsirlərin inkişafına gətirib çıxarmır.

Əməliyyatdan sonra tiroksini ilk öncə cərrah-endokrinoloq təyin edir. Daha sonra müalicəni xəstəyə bu həkim və ya terapevt-endokrinoloq təyin edir. Dərman təyin olunduqda, həkim xəstənin çəkisini, xəstədə olan digər xəstəlikləri və pozulmaları və s. amilləri nəzərə alır.

Əməliyyatdan 2 ay sonra xəstədə qalxanvari vəzi hormonlarının səviyyəsi yoxlanılır. Adətən TSH yoxlanılır, bəzi hallarda - T4. Analiz tiroksinin qəbulundan əvvəl verilməlidir ki, nəticə dəqiq olsun. Analizin nəticəsini aldıqdan sonra həkim lazım olduqda tiroksinin dozasını artıra və ya azalda bilər.

Adətən əməliyyat keçirmiş insan əməliyyatdan sonra 2-4 həftə ərzində fiziki qərginlikləri məhdudlaşmalıdır. Daha sonra isə insan adi həyata qayıda bilər.

Əməliyyat keçirmiş insana evə qayıtdıqdan sonra adətən heç bir xüsusi pəhriz lazım deyil.

Əməliyyat keçirmiş qadın onun orqanizmində qalxanvari vəzi hormonların səviyyəsi normallaşdıqdan sonra (analizlərlə təsdiqlənməlidir) hamiləliyi planılaşdıra bilər. Hamiləlik zamanı belə qadınlar daim ginekoloqun və endokrinoloqun nəzarətində olur, həkim təyin etdiyi dozada tiroksin qəbul edir və müəyyən fasilələrlə qalxanvari vəzi hormonlarının analizlərini verir (lazım olduqda endokrinoloq dərmanın dozasını artıra və ya azalda bilər). Uşağın sağlamlığına ana tərəfindən qəbul edilər tiroksin, təbii ki, heç bir mənfi təsir etmir.

Əməliyyat keçirmiş insanlar isti ölkələrə səyahət edə bilər, dənizə, çimərliyə gedə bilərlər.

Mənbə: Из книги И.В. Слепцова "Операции на щитовидной железе. Пособие для пациентов"

Saglamolun.Az