Həkim axtarışı | Məhsul və xidmət | Reklam   .......ru.

 
Sağlamlıq saytıSağlamlıq saytı
  • Ana səhifə
  • Haqqımızda
  • Nəşrlərimiz
  • Hamiləlik kalkulyatorları

Marketdən alınan çörək alıcını şoka saldı - DƏHŞƏT

XƏBƏRLƏR 26.09.2024 Hits: 3365

Həm ədviyyat, həm də dərman kimi... - Mərzə haqqında bilirdiniz?

Faydalı məlumat 26.09.2024 Hits: 1552

Bu 3 tərəvəzi hər gün yeyin - Unikal sağlamlıq bəxş edəcək

Faydalı məlumat 26.09.2024 Hits: 1770

Tərəvəz bitkiləri insan sağlamlığı üçün vacib element sayılır. Bütün fəsillərdə qidalanması mümkün olan tərəvəzlər daim immunitetin gücləndirilməsində rol oynayır. 

Saglamolun.az ən çox istifadə olun Cəfəri, Şüyüd və Keşnişin faydalarını araşdırıb:

Yaşıl yarpağında və gövdəsində C, B1, B2, PP, P vitaminləri, karotin, flavonoid kompleksləri, çoxlu miqdarda kalium, kalsium, fosfor və dəmir duzları vardır. Yaşıl kütlədə azotlu maddələr 3,48%, yağ 0,88%, azotsuz ekstrakttiv maddələr 7,30%, seIlüloza 2,08%, kül 2,42% təşkil edir. Şüyüdün toxumunda efir yağının miqdarı 3-5,6%-dir. Şüyüd kəskin ədviyyə xüsusiyyətli, xoş tama malikdir. İstifadə dairəsi çox geniş olub, ondan mədəbağırsaq pozğunluğuna, qarın köpməsinə qarşı, bəlğəmgətirici dərman kimi geniş istifadə edilir. Xalq təbabətində toxumlarından sidikqovucu, ödqovucu, qıcıqlandırıcı, işlətmə vasitəsi kimi istifadə edilir. Hazırlanan cövhəri hipertoniya xəstəliyində işlədilir. Tozu və toxumundan hazırlanan ekstraktından iştahgətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə göz xəstəliklərində, dəridə əmələ gələn irinli yaraların müalicəsində istifadə olunur. Onun yağı fitonsidli vasitə kimi tibbdə geniş istifadə edilir. Cövhəri ilə ağız qarqara edirlər. Şüyüddən təzə halda bütün il boyu tərəvəz kimi istifadə edilir, konserv sənayesində toxumlamış halda gövdələr ən geniş miqyasda istifadə olunur.

Qənnadı sənayesində, ətriyyat istehsalında əvəzi olmayan bitkidir. Duza, şorabaya qoyulan meyvə-tərəvəzləri bu bitkisiz təsəvvür etmək qeyri-mümkündür. Qurudulmuş şüyüd ət, balıq və tərəvəz xörəkIərinin tərkibinə qatqı kimi əlavə olunur, həmiçnin pəhriz yeməklərinin hazırlanmasında da geniş istifadə edilir. Yaşıl şüyüdü qaynatmaq olmaz, çünki ədviyyə xüsusiyyətini itirir. Şorbaya, tərəvəz, kartof, balıq və əttdən hazırlanan salatların tərkibinə qatqı kimi əlavə olunur. Şüyüd müxtəlif şirələrin, şərbətlərin, şərabların, ətirli sirkələrin istehsalında geniş istifadə olunur. Şüyüd toxumu qənnadı və çörək məmulatının hazırlanmasında işlədilir. Toxumunun tərkibində efir yağının çox olmasına görə ondan likör-araq istehsalında, qənnadı, çörək-bulka, ətriyyat, kosmetika və sabunbişirmə sənayesində daha geniş istifadə olunur.

Keşniş tərəvəz, efir yağlı və dərman bitkisi olub respublikamızda çox geniş becərilir. Birillik bitkinin həm meyvəsindən, həm də yaşıl kütləsindən istifadə olunur. Keşnişin toxumlarında 0,6-1 %-ə qədər efir yağı, 10-15% piyli yağ, 10-17% zülal, üzvi turşular, C vitamini, aşı maddəsi, şəkər, nişasta vardır. MDB ölkələrində bitki efir yağlarının 70%-i keşniş tozumundan alınır. Toxumundan hazırlanan müxtəlif dərmanlar mədəbağırsaq xəstəliklərinə qarşı, böyrək, öd kisəsinin iltihabı, tənəffüs yolları xəstəliklərinin müalicəsində gözəl təsirə malikdir. Elmi təbabətdə meyvələrindən və efir yağından həzm prosesini yaxşılaşdıran və iştahartıran vasitə kimi istifadə olunur. Xalq təbabətində təzə keşnişdən alınan şirədən, toxumunun çayından hipertoniya, soyuqdəymədə, mədə yaralarının müalicəsində ağrıkəsici, antiseptik vasitə kimi geniş istifadə olunur. Keşniş öd ifrazı şiddətini azaldır, mədə iltihabı, susuzluq və ürək bulanmaya qarşı müsbət nəticə verir. Keşniş suyu ilə ağızı qarqara edirlər. Onun toxumu bədənə quruluq verir, ürək döyüntüsü, baş ağrısı zamanı faydalıdır.

Keşnişi çeynədikdə ağızdan pis qoxunu, şərab iyini aparır. Keşnişin toxumları ədviyyə kimi kolbasa, pendir, çörək-bulka, qənnadı məhsullanna və eləcə də ət, balıq, tərəvəz xörəklərinə, xiyar, pomidor, kələmdən tutulan turşulara ədviyyə kimi əlavə edilir. Keşniş efir yağından ətriyyat, kosmetika sahəsində, texnikada və eləcə də sabunbişirmə, tütünçülük, toxuculuq sənayesində istifadə edilir. Keşnişin yaşıl kütləsi bütün il boyu xalq tərəfindən müxtəlif xörəklərin və salatların hazırlanmasında geniş istifadə olunur.

Cəfərinin kökündən və yarpaqlarından istifadə olunur. Bitki ətirli olmaqla bərabər yarpaqlarında 3,7% azotlu maddələr, 0,72% yağ, 6,7% azotsuz ekstraktiv maddələr, 1,45% sellüloza, 1,7% kül, 1,1% mineral maddələr, 0,1% üzvi turşular, karotin, C, B1, B2, K vitaminləri vardır. Toxumlarında 2-7%, yarpaqlarında 0,3% efır yağı vardır. Qədim Roma və Yunan xalqları hələ bizim eradan qabaq cəfəridən dərman və ədviyyə kimi geniş surətdə istifadə etmişlər. Cəfəri ədviyyə xassəli, şirintəhər, xoş iyə və kəskin tama malik bitkidir. Əczaçılıq sənayesində bunun kök hissəsindən cövhər və müalicəvi xüsusiyyətinə malik çay hazırlanır, qaraciyər və öd kisəsi xəstəliklərində çox istifadə edilir. Xalq təbabətində pörtlədilmiş halda yel, böyrək xəstəlikləri və sinqa xəstəliklərinin müalicəsində istifadə olunur. Məşhur alim İbn Sina qeyd edirdi ki, cəfəri sidiyi qovub, böyrəkləri, sidik kisəsini təmizləyir. Soyuqdəymələrdə, yaraların sağalmasında, görmə qabiliyyətinin artırılmasında, sidik kisəsi və böyrək daşı xəstəliyində, vitamin çatışmamazlığında daha çox istifadə olunur.

Cəfərinin cavan yaşıl zoğları ət, balıq və tərəvəz xörəklərinə ədviyyə kimi əlavə edilir. Bitki təzə halda müxtəlif xörəklərin, salatların hazırlanmasında, konserv sənayesində, xüsusən meyvə-tərəvəzin duza və şorabaya qoyulmasında geniş istifadə olunur. Cəfəri kökündən aşbazlıqda, efir yağından ətriyyat, kosmetika və sabunbişirmə sənayesində istifadə edilir.

Karantinlə bağlı - SON QƏRAR

XƏBƏRLƏR 25.09.2024 Hits: 1040

Özünü binadan atan tiktokerin yazdığı məktub - Özümə layiqli bəy...

XƏBƏRLƏR 25.09.2024 Hits: 1194

İbn Sinanın ilk dəfə hazırladığı MƏLHƏM - Qanaxma, şəkərdə istifadə olunur

Faydalı məlumat 25.09.2024 Hits: 1268

Dırnaq batması, bezdirici ağrı - BU YANLIŞLIQLARA görə yaranır

Faydalı məlumat 25.09.2024 Hits: 1876

Flora Kərimova yatağa düşüb? - AÇIQLAMA

XƏBƏRLƏR 24.09.2024 Hits: 1732

 

"Flora xanım bir neçə il öncə mikroinsult keçirmişdi, onunla əlaqədar təzyiqi "oynayır", dərmanla tənzimləyirik".

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova bildirib.

Televerilişlərin birində müğənninin yatağa düşməsi barədə səslənən xəbərə aydınlıq gətirən Y.İmanova qeyd edib ki, F.Kərimovanın vəziyyəti normaldır, yaxınları ilə birlikdə bağda istirahət edir.

Çox qiymətli dərman bəzək bitkisi - Gülümbaharın ƏVƏZSİZ FAYDALARI

Faydalı məlumat 24.09.2024 Hits: 1417

Müalicə müddəti 7 gün - Qaraciyər hepatitini sağaldan bitki

Faydalı məlumat 24.09.2024 Hits: 1322

Xalq təbabətində yeralmasından hazrlanan preparatlar - Təsiredici məlhəm

Faydalı məlumat 24.09.2024 Hits: 1046

Vələmirdən hazırlanan kisel - Sağlamlıq üçün için

Faydalı məlumat 23.09.2024 Hits: 1125

Prezidentdən göstəriş - Maaş və pensiyalar artırılacaq

XƏBƏRLƏR 23.09.2024 Hits: 846

Yeni evlənənlərin qarşısına düyüdən hazırlanmış qoğal çıxarırlar - MARAQLI SƏBƏB

Faydalı məlumat 23.09.2024 Hits: 861

Düz 10 xəstəliyi xırp kəsir - Hazırlanması asan, faydası MÖHTƏŞƏM

Faydalı məlumat 23.09.2024 Hits: 1206

Soyuq aylar başladı - Antibiotiklər lazımdır?

Faydalı məlumat 20.09.2024 Hits: 972

Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.

Menisk yırtığı: ağrı və kamfortsuz hərəkət - Müalicəsi varmı?

XƏBƏRLƏR 20.09.2024 Hits: 757

96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları

Faydalı məlumat 19.09.2024 Hits: 2852

Qaraciyəri müalicə edən BİTKİLƏR

Faydalı məlumat 19.09.2024 Hits: 1125

 

Qaraciyərə faydalı bir çox dərman bitkiləri var.

Sağlamolun.az onlardan bəzilərini və istifadə qaydalarını təqdim edir:

Nanə

  • Faydaları: Nanə zəhərlənmə zamanı çox faydalıdır, qaraciyərə toksik maddələrdən təmizlənməyə və daha çox öd istehsal etməyə kömək edir.
  • Hazırlanması: 5 qram nanə yarpağını 1 stəkan qaynar su ilə dəmləyin, 15 dəqiqə saxlayın.
  • İstifadəsi: Hər 3 saatdan bir 1 xörək qaşığı içmək məsləhətdir.

Gənəgərçək (Calendula)

  • Faydaları: Gənəgərçək qaraciyərdə maddələr mübadiləsini sürətləndirir, onun sekretor funksiyasını yaxşılaşdırır və öd ifrazını artırır.
  • Hazırlanması: 2 çay qaşığı çiçəyi 2 stəkan qaynar su ilə dəmləyin, 1 saat saxlayın, sonra süzün.
  • İstifadəsi: Bu müalicəvi içkidən gündə 4 dəfə yarım stəkan içmək məsləhətdir.

Papatya

  • Faydaları: Papatya qaraciyər ağrılarına yaxşı təsir edir, spazmları tez aradan qaldırır və bütün bədənə sakitləşdirici təsir göstərir.
  • Hazırlanması: 1 xörək qaşığı quru papatyanı 1 stəkan qaynar su ilə dəmləyin, 20 dəqiqə saxlayın.
  • İstifadəsi: Süzün və səhər-axşam yarım stəkan için.

Böyrək daşlarını salan 8 bitki ÇAYI

Faydalı məlumat 19.09.2024 Hits: 1121

Page 3 of 577

  • Start
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • »
  • End

DİGƏR MARAQLI MÖVZULAR

Ağ turpun 3 MÜALİCƏVİ TƏSİRİ - öskürək, qəbizlik, soyuqdəymə

Sağlam qida Hits:10346 30-10-2017

Ağrılar, keyimələr, zəiflik, başgicəllənməsi... Cavan insanları əlil edən xəstəlik

Sinir sistemi Hits:5963 01-06-2019

Bu dərmanları 2 yaşına qədər uşağa verməyin - Həkim məsləhəti

Uşağın sağlamlığı Hits:3475 07-01-2019

Bu şəxslərə xurma yemək olmaz - Təhlükəsi

Sağlam qida Hits:30053 20-11-2020

Hər gün içdiyimiz limonlu çay bu təhlükəli xəstəliyin riskini azaldır

Sağlam qida Hits:2417 31-01-2021

Oynaqların quruluşu

Dəri, sümük və saç Hits:16476 18-12-2011

Məşhur insanların həyat tərzi: DÜNYANIN ƏN YAXŞI PƏHRİZİ

Sağlam qida Hits:1306 28-03-2023

4 aylıq körpənin inkişafı

1 yaşına qədər körpələrə qulluq Hits:6020 16-02-2019

Mədə xorasını, ağrıları, qurd xəstəliklərini müalicə edən bitki. RESEPTLƏR

Xalq təbabəti Hits:56242 13-03-2016

Gözaltı qaralmalar bu xəstəliklərdən xəbər verir

Faydalı məlumat Hits:12183 14-03-2021

Parlaq saçlara sahib olmaq üçün 7 TƏBİİ VASİTƏ

Kosmetologiya Hits:4046 20-03-2019

Cinsi həvəsi artırır, dəridəki ləkələri yox edir - Qızılgül yağının…

Faydalı məlumat Hits:1043 10-11-2023

HƏKİMLƏR

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Aytəkin Quliyeva

Trixologiya

Aynur Səfiyeva

Proktologiya

Həkim axtarışı bölməsinə keçid

  • Haqqımızda
  • Həkim axtarışı
  • Məhsul və xidmət
  • Qaynar xəttlər
  • Qanunvericilik
  • Uğurlarımız
  • Elan
  • Əlaqə
  • Reklam

.

 .

.

  • English
  • Русский

Copyright © 2011-2023. Saglamolun.Az -Sağlamlıq saytı. Layihə və tərtibat: Buta design

Bütün müəllif hüquqları qorunur.
Materiallardan istifadə edərkən www.saglamolun.az saytına hiperlink vasitəsi ilə istinad mütləqdir!
Saytda yerləşdirilmiş bütün materiallar diaqnoz qoymaq və ya özünü müalicə etmək üçün nəzərdə tutulmayıb.
Məlumatlar yalnız maarifləndirici xarakter daşıyır.

 


Яндекс.Метрика






BÖLMƏLƏR

  • Hamiləlik və doğuş
  • 1 yaşına qədər körpələrə qulluq
  • Uşağın sağlamlığı
  • Qadın sağlamlığı
  • Kişi sağlamlığı
  • Sonsuzluq və onun müalicəsi
  • Həzm sistemi
  • Sidik ifrazı sistemi
  • Sinir sistemi
  • Ürək-damar və qan sistemi
  • Endokrin sistem
  • Tənəffüs orqanları
  • Göz xəstəlikləri
  • Dəri, sümük və saç
  • Dişlər
  • Qulaq, burun, boğaz
  • Onkoloji xəstəliklər
  • İmmun sistemi
  • İnfeksion xəstəliklər
  • İlk tibbi yardım
  • Allergik xəstəliklər
  • Fizioterapiya
  • Kosmetologiya
  • Psixologiya
  • Xalq təbabəti
  • Testlər
  • Sağlam qida
  • Sağlam mətbəx
  • Sağlam xəbər
  • Sağlam saat - Video layihə
  • Bu maraqlıdır...
  • Faydalı məlumat
  • Rəyinizi bildirin
  • Video
  • Qurani Kərim
  • Ramazan
  • Müxtəlif mövzular
  • İnfoqrafika
  • Xəbərlər